Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2019

Bütün münasibətlərin və bağların unudulması

Qiyamət günü o gündür ki, nəinki insanların bütün dünya bağları qırılacaq
فَإِذَا جَاءَتِ الصَّاخَّةُ يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ

"Qulaqbatırıcı bir səs gələndə, o gün insan öz qardaşından, anasından, atasından, arvadından və övladlarından qaçacaq. O gün onlardan hər birinin yetərincə işi olacaqdır." (Əbəsə, 33-37).

İzah: Qiyamətin adlarının hər biri onun sifətlərindən birini ehtiva edir. Amma bu hissədə bu mühüm günün bəzi başqa vəsflərinə işarə olunmuşdur. Qiyamət günü o gündür ki, nəinki insanların bütün dünya bağları qırılacaq, hətta insan özü də qohumluq əlaqələrini bütünlüklə unudacaq və ən yaxın qohumlarından qaçacaq. Çünki başı öz aqibətinə qarışacaq və başqa şey haqqında düşünməyəcək.

Hədis: İslam peyğəmbəri (s): “Ey Fatimə! Qiyamət günü insanların başı özlərinə o qədər qarışacaq ki, heç kim başqasına baxmayacaq və heç bir ata oğluna baxmayacaq.” (Camiul-əxbar, səh. 175).


1301 بازدید
در حال ارسال اطلاعات...