Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Mart 2019

Əl-Muraqibat kitabından bir yarpaq-Rəcəb ayında “Ya mən ərcuh” duasının şərhi (10)

“Ya zəl-cəlali vəl ikram. Ya zən-nəəmai vəl-cud. Ya zəl-mənni vət-təvl. Hərrim şəybəti ələn-nar.”
Rəcəb ayının gündəlik dualarından biri də fəzilətli “Ya mən ərcuh” duasıdır. Bu duanı səhər-axşam və hər namazdan sonra oxumaq tövsiyə olunub. Dua belədir:

يا مَنْ أَرْجُوهُ لِكُلِّ خَيْرٍ، وَ آمَنُ سَخَطَهُ عِنْدَ كُلِّ شَرٍّ، يا مَنْ يُعْطِي الْكَثِيرَ بِالْقَلِيلِ، يا مَنْ يُعْطِي مَنْ سَأَلَهُ، يا مَنْ يُعْطِي مَنْ لَمْ يَسْأَلْهُ وَ مَنْ لَمْ يَعْرِفْهُ تَحَنُّناً مِنْهُ وَ رَحْمَةً، أَعْطِنِي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ خَيْرِ الدُّنْيا وَ جَمِيعَ خَيْرِ الٰاخِرَةِ، وَ اصْرِفْ عَنِّي بِمَسْأَلَتِي إِيَّاكَ جَمِيعَ شَرِّ الدُّنْيا وَ شَرِّ الٰاخِرَةِ، فَإِنَّهُ غَيْرُ مَنْقُوصٍ ما أَعْطَيْتَ، وَ زِدْنِي مِنْ فَضْلِكَ يا كَرِيمُ.

Sonra sol əli ilə öz saqqalını tutsun və sağ əlinin işarə barmağını sağa-sola hərəkət etdirsin və ağlayaraq desin:

يا ذَا الْجَلٰالِ وَ الإِكْرامِ يا ذَا النَّعْماءِ وَ الْجُودِ، يا ذَا الْمَنِّ وَ الطَّوْلِ، حَرِّمْ شَيْبَتِي عَلَى النّارِ

“Ya mən ərcuhu likulli xəyrin və amənu səxətəhu ində kulli şərr. Ya mən yutil-kəsirə bil-qəlil. Ya mən yuti mən səələh. Ya mən yuti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhməh. Ətini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəti, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəti, fəinnəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya kərim.”
Sonra sol əli ilə öz saqqalını tutsun və sağ əlinin işarə barmağını sağa-sola hərəkət etdirsin və ağlayaraq desin:

“Ya zəl-cəlali vəl ikram. Ya zən-nəəmai vəl-cud. Ya zəl-mənni vət-təvl. Hərrim şəybəti ələn-nar.”

Tərcüməsi

Ey bütün xeyir işlərdə ümid bəslədiyim, bütün şər işlərdə qəzəbindən amanda qaldığım! Ey az (əməl) müqabilində çox (savab) əta edən! Ey tələb edənlərə (istəklərini) verən və tələb etməyən və Səni tanımayanlara belə Öz rəhmətinə və mehribanlığına görə əta edən! Bütün dünya xeyirlərini və bütün axirət xeyirlərini Səndən istəyirəm, əta et! Bütün dünya şərlərini və axirət şərlərini məndən uzaqlaşdır! Sən nə qədər əta etsən də (fəzl və kəramətin) azalmaz! Ey kəraməti bol olan Allah! Öz fəzlinə xatir (nemətlərini) mənim üçün artır.
Ey cah-cəlal, kəramət, nemətlər, səxavət, minnət və güc-qüvvət sahibi! Saqqalımı (cəhənnəm) atəşinə haram et (məni cəhənnəm atəşindən qoru).

Bu dua haqqında bir neçə kəlmə
Bu duanın əvvəlində deyirsən:
“Ey bütün xeyir işlərdə ümid bəslədiyim, bütün şər işlərdə qəzəbindən amanda qaldığım!”
Allahın qəbəzlərindən biri də Onun məkridir. Halbuki, Onun məkrindən özünü amanda hesab etmək böyük günahlardan sayılır. Ona görə də qafil olma və bu cümlədə sənin niyyətin belə olsun: tövbə etmək şərti ilə xeyrə ümid edirəm və Allahın qəzəbindən özümü amanda bilirəm. Sanki belə deyirsən: Ey o kəs ki, öz bəndələri üçün bir yol qərar vermişdir ki, o yol ilə getsələr Onun qəzəbindən amanda qalarlar və o yol tövbədir.
Duanın bu hissəsi hal-hazırda Allahın məkrindən amanda qalmaq mənasına deyildir.
Habelə, duada deyirsən:
“Ey bütün xeyir işlərdə ümid bəslədiyim”
Bu cümləni dedikdə sanki belə deyirsən: “Ey o kəs ki, öz bəndələri üçün bir yol qərar vermişdir ki, əgər o yol ilə getsələr istədikləri hər şeyə çatarlar və o yol, duadır.”
“Bütün dünya xeyirlərini və bütün axirət xeyirlərini Səndən istəyirəm, əta et!” cümləsində “cəmi” (bütün) sözünün təkrar olması;
“Bütün dünya şərlərini və axirət şərlərini məndən uzaqlaşdır!” cümləsində isə “cəmi” (bütün) sözünün təkrar olmaması barədə düşünsən, ola bilsin, ibarətin fərqliliyindən bu nəticəyə gələrsən ki, “şər” yoxluq xarakteri daşıyan bir məsələdir və o da Allahın rəhmətindən uzaq olmaq, ilahi məğfirətdən məhrum olmaqdır. Amma “xeyir” vücudi (varlıq xarakterli) bir məsələdir və onun növləri saysız-hesabsızdır.
“Bütün dünya şərləri” cümləsində “cəmi” (bütün) sözünün gəlməsi isə ola bilsin ona görədir ki, dünya şərləri bütün insanlar üçün məlum deyildir. Axirət şərləri isə hamıya aydındır.


1098 بازدید
در حال ارسال اطلاعات...