Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2019

Azərbaycan gündəmini zəbt edən mövzular: oğraşlıq, xəyanət, məmur qudurğanlığı...

"Yeni Müsavat" qəzetinin saytına sonuncu dəfə daxil olduq, həmişə olduğu kimi bu dəfə də saytın gündəmində oğraşlıq, biqeyrətlik, məmur qudurğanlığı, yaltaqlıq və s. Əlbəttə, "Yeni Müsavat"ın adını çəkmək o demək deyil ki, digər saytlar, ümumiyyətlə ölkə gündəmi yaxşı vəziyyətdədir. Biz ona görə "Yeni Müsavat"ın adını çəkirik ki, bu sayt və eyni adlı qəzet demək olar ki, ölkədə ən çox oxunaqlı, baxımlı mediya orqanıdır. Hətta, bu qəzeti oxuyanlarlar arasında iqtidarçı, müxalifət, Arifoğlunun keçmiş silahdaşları və s. vardır. Siyasətlə çoxdan sağollaşan insanlar belə bəlkə bu mediya orqanıyla əlaqəsini tam qırmayıb və onu izləməklə ölkədə baş verənlərdən xəbərdar ola bilir. Təbii ki, əvvəlki Arifoğlu da "Yeni Müsavat" da çox fərq edir. Əvvəllər biz Arifoğlunun timsalında mərd, mübariz, davalı (iddialı mənasında) Arifoğlu görürdüksə indi yaltaqlıq, GÖZƏGİRƏNLİK, tərbiyəsizlik və başqa rəzil sifətlər adamın demək olar ki, simasıdır. Hazırda o "Yeni Müsavat" və sair mediya orqanlarını yaltaqlanmaqla, tərbiyəsiz xəbərlər dərc edib pul qazanmaqla saxlayır. Bir yandan yaltaqlandığı hakimiyyətdən özünə və yazarlarına pul, ev sezonunda ev qopardır, digər tərəfdən də əxlaqsız saytlar, xəbərlər yaymaqla işini qabağa aparır.
Əlbəttə bizim fərdlərlə işimiz yoxdur. Biz Arifoğlunun timsalında bu tipdə və əqidədə olan insanları, ölmüş insanlığı tənqid edirik. Sadəcə Arifoğlunun qəzeti xalqın güzgüsü olmağa iddialı olduğu üçün onun bərbad vəziyyətini göstərməklə digər mediya orqanlarının (ümumi şəkildə) daha biabırçı olduğunu diqqətə çatdırmaq istəyirik.
Sonuncu xəbərlər nədir: Gəncədə ata 14 yaşlı oğlunu vəhşicəsinə döydü. Cahangirin vəkilləri 4.1 milyard və 1.7 milyonluq iddialara etiraz etdi. Ağcabəbidə 14 yaşlı qızın müəmmalı intiharı. Zərdabda 50 yaşlı kişiyə qadın paltarı geyindirdilər. Filankəs "xanım" sinəsini göstərdi. Köçəryanın gəlini cıdır düzündə. 2019-cu ilin unudulmaz qalmaqalları: ailə dağıdanlar, təcavüz edilənlər, söyüş söyənlər... Sonra deyirlər ki, müxalifət Avropada oturub İlham Əliyevi söyür. Baxın, görün, ölkəni elə vəziyyətə qoyublar ki, adam küçədə, bazarda "adam kimi adam" görəndə sevinir, deyir nə yaxşı ki, yaxşı insanlar, insanlıq hələ də tam ölməmişdir.

Bir ölkənin efir kanalları ki, telekanalizasiya adlandı, bu ölkədə hansı dürüstlükdən danışmaq olar. Görün iş nə həddə çatıb ki, "Yeni Müsavat" kimi qəzetlər öz pulunu, yazarların çörək pulusunu tərbiyəsiz xəbərlər çap etməklə çıxardır. Əlbəttə, ölkə gündəmi bu gündə olduğu üçün itidarın "çənəsi" də çalışır oxucu kütləsi toplasın. Çünki nə qədər də olsa oxucuların bir hissəsi yaltaqlıq saçan insanlardan qaçdığı üçün bu boşluğu bir vəchlə doldurmaq zərurəti meydana çıxır. Fərz edək ki, yutubda etiraz edən hansısa müxalifətçinin 456.546 izləyicisi varsa, onlara bu sayın tən yarısı qədəri "əhsən" deyirsə, Arifoğluda da artıq belə bir ürək, cəsarət,şəffaflıq qalmadığı, danabaş Zaminin, ateist Xalid Kazımlının gic-gic yazıları oxunmadığı üçün məcbur olub əxlaqsız yazılarla varlanmaq istəyirlər. Çünki ölkədə iki gündəm var, ya iqtidarı layiq olduğu təhqirlərlə bəzəməlisən, ya da oğraşlıq saçan şou-biznesə bənd olmalısan. Birincilərdə olan ürəyə sahib olmadıqda ikinci dəstədən olmaq labüddür. Susub oturub, heç bir işə qarışmayanlar çox azdır. 

Amma bu ölkənin həqiqi bir gündəmi də vardır. Lazım olsa biz mövzu təqdim edə bilərik: Nə üçün bir ailə 40 ildir hakimiyyəti zəbt edib. Nə üçün efir məkanı telekanalizasiya olub, oğraşlıqdan başqa heç nə vəd etmir? Nə üçün zindanlarımız nahaqdan həbs edilən dindarlar, ruhanilər, siyasətçilərlə doludur. Nə üçün tibb-səhiyyə sahəsi, təhsil sistemi bərbad gündədir. Nə üçün rüşvətxorluğun kökü kəsilmir? Nə üçün Qarabağ uzun illərdir işğal altındadır. Nə üçün xalq kasıbçılıqdan əziyyət çəkir? Nə üçün pensiyalar az, əmək haqqı zəif, iş tapmaq mümkünsüz? Nə üçün azyaşlılar intihar edir, müharibə veteranları özlərini yandırır? Nə üçün? Nə üçün? Nə üçün? Halbuki bir zamanlar verilən suallar bunlardan ibarət idi. İndi isə biqeyrətlər hakimiyyətdə at oynadan gündən ölkədə bu cür biqeyrətlik saçan hadisələr baş verir. 

Vallah bu vəziyyəti kökündən dəyişmək lazımdır. Bu isə o zaman baş verir ki, xalqın ruhanisinə dəyər verilsin, efir məkanı şou-biznes fırıldağçılarının deyil, Allah adamlarının əlinə düşsün. Bu o zaman baş verir ki, xalq Allahın yoluna qayıtsın. Düşünülməsin ki, bu vəziyyəti dəyişmək mümkün deyil. Mümkündür. Xalq Allaha sarılsa, bəsdir bu qədər günah içində batıb getdim deyib tövbə eləsə, öz aqibətini dəyişsə bütövlükdə ölkənin vəziyyəti yaxşılaşar. Azərbaycanın vəziyyətinin bərbad gündə olmasını sübut etmək üçün bircə bu yetər ki,adam kimi yaşamaq istəyən, balasına gün ağlamaq istəyən min bir yolunu tapıb ölkəyə də, hakimiyyətə, qanuna da, tüpürüb ölkədən getməyə çalışır. Təbii ki, bu da çıxış yolu deyil, işin iqtidara lazım olan tərəfidir. Əslində isə bu dövlət, ölkə bir ailənin, bir dəstə qudurğan məmurun deyil. Bu torpaqlar heç bir işə yaramayan nazirlərin, məmurların, Rəcəbli kimi alçaq deputatların ailə biznesinin qurulması üçün deyil. Bu torpaqlar Allah bəndələrinin normal yaşamalı olduğu torpaqlarıdır.


762 بازدید
در حال ارسال اطلاعات...