Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyul 2019

Danabaş, FETÖ-çü Qəzənfəroğlu, Rəsulzadə və Əhməd Ağaoğlu Şah İsmayılı türk bilirdi

Fazil Qəzənfər özünün ikinci nüsxəsi olan Elşad Miri kimi mənəvi atası olan Fətulla Gülənin yolunu davam etdirir
FETÖ-çü deputat, əvvəl siyasi lideri olan Elçibəyi deputatxanada oturmaqdan ötrü satan, sonra FETÖ terror təşkilatı ortaya çıxan kimi mənəvi atası olan Fətulla Güləni dar ayaqda qoyan danabaş deputat Fazil Qəzənfəroğlu yenə çərənləyib. Deyir ki; ""Səfəvilər bizim fəlakət tariximizdir" ifadəsinin müəllifi böyük mütəfəkkirimiz Əhməd bəy Ağaoğludur və türklərin 16-cı əsrdə Bakını Səfəvilərin işğalından azad etməsini birinci qurtuluş hadisəsi kimi qiymətləndirən də böyük öndərimiz Məhəmmədəmin Rəsulzadədir. Mən də tarixə baxışımda əsas istinad mənbəyi kimi onları götürürəm və mövqelərini haqlı sayıram. Xaliq Bahadır yazılarında ağızdolusu Rəsulzadədən, Ağaoğlundan danışır, ancaq məlum olur ki, onların düşüncələrindən qətiyyən bir şey anlamayıb. Bu saxta millətçilərin beyinlərinin içində ağıldan daha çox qum dənələri yerləşmiş sanki... Türk vücudu, fars düşüncəsi - böyük xalq hərəkatımızdakı bir çox tanınmış insanların özəlliklərindən biri də təəssüf ki, bu olmuş...”" Əvvəlcə onu deyim ki, Xaliq Bahadırı həm gözəl bilir ki, qatı türkçü, ifrat milliyyətçi, İslamdan xəbərsiz adamdır. Xaliq Bahadır üçün şiə-sünnü fərqi yoxdur, adam konkret olaraq ifrat millətçi-ateist təfəkkürüylə yaşayan adamdır. Bunu ona görə dedim ki, bilinsin ki, danabaş Fazil Xaliq Bahadırı "beynində ağıldan daha çox qum dənələri yerləşən" adam adlandırmaqla onu İrana bağlamaq istəyir. Məlum deyil ki, İranlılar Fazilin başına nə daş salıblar ki, adam oturub durur şiələrin əleyhinə danışır, əlindən yanıb yaxılır. Xaliq Bahadır isə şiə deyil, amma görün Fazil şiələrə qarşı nə qədər kinli, qurdlu danabaşdır ki, hətta Xaliq kimi ateist bir şiə lideri olan Şah İsmayılı türk baxışıyla tərifləyəndə belə adam yerində otura bilmir, harasısa ağrayır.

Əsas məsələ budur ki, Fazil Qəzənfər özünün ikinci nüsxəsi olan Elşad Miri kimi mənəvi atası olan Fətulla Gülənin yolunu davam etdirir. Fətulla Gülən özünün həqiqi mömin olmadığını "cənnətin yolu İrandan keçsə mən yolumu dəyişərəm" mövzusunda sərsəmləmələriylə sübut etmişdi. Danabaş Fazil də bu əqidə ilə yaşayır. Onun bütün davası şiələrlədir. Dəlilimiz də budur ki, İslam dini milliyyət söhbəti salmağı doğru hesab eləmir. İslama görə Allah yanında ən çox hörməti olan kəslər ən çox təqvalı olanlardır. Deməli, ya Fazil mənəvi atası Fətulla kimi həqiqi mömin yox, sadəcə bir şarlatandır (ki, elə həqiqətən də bu cürdür, çünki belə olmasaydı milliyyətçilik davası eləməzdi) ya da əgər özünü qatı şovnist hesab etmirsə deməli, onun Şah İsmayıl davası türk-fars davası yox, şiə-sünnü davasıdır. 

Ən maraqlısı odur ki, Fazil deyir ki, Xaliq Bahadır yazılarında ağızdolusu Rəsulzadədən, Ağaoğlundan danışır, ancaq məlum olur ki, onların düşüncələrindən qətiyyən bir şey anlamayıb. Amma əslində mülahizələrinə inandığı, tarix sahəsində fikirlərini əsas götürdüyü Rəsulzadənin və Əhməd Ağaoğlunun kitabından da Fazilin xəbəri yoxdur. Çünki Şah İsmayılı fars hesab edən Fazil bilmir ki, (ya da özünü qammazlığa vurub) həm Rəsulzadə, həm də Əhməd Ağaoğlu – hər ikisi Şah İsmayılı bir türk sərkərdəsi hesab edirdi. Belə ki, Rəsulzadə "Azərbaycan mədəniyyətinin qaynaqları" əsərində yazır: "Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə “Xətai” təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Rəsmi türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi." 

İndi də gəlin Əhməd Ağaoğlunun rəyini öyrənək: "Səfəvilərin türk və ağqoyunlu tayfasına mənsub olmalarına şübhə edilməz. Bunlara ilk əvvəl ağqoyunluların yerləşdiyi sahədə təsadüf edirik. Sonra, bunlar ilk zamanlar yalnız türkcə danışırlar. Ərəbcə və farsca danışdıqlarına dair əlimizdə heç bir dəlil yoxdur. “Rövzətüs-Səfa” sahibi böyük Abbasın matəmini təsvir edərkən eynən deyir ki: “Sofiani Səfəvi ba nohavayi türki”, yəni Səfəvi sufiləri cənazəni türkcə ilahilərlə yola salırdılar. Yenə eyni “Rövzətüs-Səfa”da Şah İsmayılın türkcə şeirlərinə nümunə verildiyi halda, ərəbcə və farsca şeir söylədiyi qeyd edilmir. Sonra bu zatın qurmuş olduğu dövlət təşkilatının həmən bütün adları xalis türkcədir."
Sonda qeyd edək ki, danabaş Fazil Qəzənfər Şah İsmayılı əgər fars hesab edir və fars olduğu üçün sevmirsə bunun arxasında mütləq şiəlik amili dayanıb. Yoxsa belə olmasaydı Fazilin farslarla nə düşmənçiliyi ola bilər axı. Adam illərdir özünə qəbul elətdirib ki, bütün farslar şiə və bütün şiələr də farsdır. Açıq-aşkar daha çox məzhəb qırğını, din bölgüsü edə bilmir, şiələri türkçülük maskasıyla vurmağa çalışır. (Özünü ağıllı hesab edir tülkü) Ona ağır gəlir, harasınısa ağradır – şah İsmayılın türk və eyni zamanda şiə olması. Çünki o öyrəşib ki, Fətulla Gülən türkdür, nurçudursa, Elşad Miri bəzi türk hocaları tərəfindən başı pozulubsa, əqidəsi də məchuldursa deməli türk mütləq sünnü olmalıdır.


671 بازدید
در حال ارسال اطلاعات...