Şrift ölçüsü:
A+
A
A-
Kr
17 İyul 2019

Cumhuriyyət ordeni və Mehman Hüseynovun təltif olunması

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyindən düz bir il, bir neçə ay keçəndən sonra bir sıra şəxslər Cumhuriyyət medalı ilə təltif olunublar. Gülməlisi birincisi odur ki, nə üçün yubleydən bir il və bir neçə ay sonra. İkincisi, təltif olunanlar arasında elə adamlar vardır ki, adamın gözünü yumub ağzını açıb ancaq söyməyi gəlir. Cüzi bir hissəni çıxmaq şərtilə harda yalaq, yaltaq, rejimin GÖZÜNƏ GİRƏN insan tapıblar hamısına ucdan tutma Cumhuriyyət medalı veriblər. Məsələn, bunlardan biri "Səs" qəzetinin – bilmirəm baş yoxsa ayaq redaktorudur. Digəri Cəlal Əliyevə rəhmət yağdıran, adını çəkmək istəmədiyimiz bir insandır. Biri də Əli Həsənovun uzun illərdir "çənəsi" rolunu ifa edən Arifoğlu. Yaxşı yadıma düşdü ki, biri də bir zamanlar İlham Əliyev və onun komandasına "it" deyən Azər Həsrət. Gördüyünüz kimi harda satqın, yaltaq insanlar vardır, onlara medal veriblər.

Qeyd etdiyimiz cüzi hissə də əslində səhv edib bu medalı götürməklə. Belə bir medaldan imtina etmək lazım idi. Birincisi ona görə ki, belə bir medal hər şeydən əvvəl AXC banilərinə və dövlətinə təhqirdir. Çünki yaltaq insanlara, rejimin trolu kimi tanınan GÖZƏGİRƏNLƏRƏ verilib. Bu medalı alanlardan biri, Rəsulzadənin varisi Rəis bəy, gərək birinci imtina edərdi. Çünki belə bir medalın həm Rəis bəyə, həm də adlarını çəkdiyimiz dörd trola verilməsi həm Rəsulzadəyə təhqirdir, həm də Rəis bəyin özünə. Sabah, biri gün deməzlərmi ki, Rəis bəy də Allah bilir iqtidara necə yarınıb ki, ona da medal veriblər. Mən demirəm ki, bu medalı alanların hər birisi yaltaqdır. Məsələn, içlərində demək olar ki, fəaliyyətlərini Rəsulzadə irsinə həsr edən Dilqəm Əhməd kimi insanlar da vardır. Amma elə onun da belə bir medaldan imtina etməsi yaxşı olardı. Ola bilər ki, içlərində özləri də bunu istəməyiblər. Çünki Azərbaycan elə bir vəziyyətdədir ki, bu ölkədə "qabağa gedən" ya rüşvətlə gedir, ya daydaylıqla, ya da yaltaqlıqla. Yəni təmiz, insaflı, şəffaf qabağa getmək mümkün olmadığı üçün pak adamlar da sual altına düşür. 

Azərbaycanda konkret olaraq Cumhuriyyətin təməlləri darmadağındır, demokratiyadan əsər-əlamət yoxdur. O kişilərin xalqı bu gün acından ölür. Cumhuriyyət baniləri bu dövləti qurmuşdu ki, xalq ondan-bundan asılı vəziyyətdə qalmasın. Xalqa baxan yerli-milli dövlət olsun. Amma hazırda bu xalq vətəndən didərgin düşüb, xarici ölkələrdə bazarlarda şaxtadan donurlar. Hansı ki, bu ölkənin altı da üstü də sərvət, var-dövlətdən ibarətdir. 

Onu da qeyd edək ki, bu medalı təsis edən hakimiyyət həmin Cumhuriyyəti işğal edən sovetlər birliyinin qulu kimi illərdir fəaliyyət göstərib, Azərbaycan xalqının düşməni, Müsavatı devirən, 31 mart soyqırımı törədən 26 Bakı Komissarının başçısı erməni Stepana heykəl qoyan insanların tör-töküntüləridir. Onların "cumhuriyyət" sözünü dillərinə gətirməyə haqqı belə yoxdur.

Baxın, Qüdrət Həsənquliyevə bu medal niyə verilib, çünki "cib müxalifətidir." Beş ildən bir gedib "prezident seçkisi şousu"nda iştirak edir, yarım faiz səs atırlar qabağına, bunu da xalqa, dövlətə mənfəət hesab edib ona medal verirlər. Qüdrət, Bəhruz, Azər Həsrət, Rauf Arifoğlu, Cəlal Əliyevə rəhmət oxutduran "jurnalisti" bir yerə komalasanız Mehman Hüseynovun ayaqqabısının palçığı belə olmazlar. Halbuki xalqa, dövlətə xidmət əsas məsələdirsə bu medal Mehman Hüseynova təqdim olunmalı idi. Çünki adam İlham Əliyevin etməli olduğu, etməyə cürəti çatmadığı bir işi öz öhdəsinə götürüb. Bütün günü yaramaz, alçaq, rüşvətxor, xalqı sevməyən, qansız, harınlamış, bütün mənfi sözlərə, nifrətə, lənətə layiq olan məmurları, deputatxana qocalarını ifşa edir, xalqa göstərir. Bu da təbii ki, hakimiyyətə sərf eləmir. Belə olmasaydı Mehman Hüseynovun təltif olunması yerinə düşərdi.


334 بازدید
در حال ارسال اطلاعات...