Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2019

Bal arısından alınası dərs

Ustad Füruği

İnsanın əməllərinin heç biri onun canından qıraq deyildir və bütün əməlləri onun özünə qayıdır; istər yaxşı əməl olsun, istər pis. Özümüzə qayıtmalı və əməllərimizi islah etməliyik. İmam Əli (ə) buyurur:

كُنْ كَالنَّحْلَةِ إِذَا أَكَلَتْ أَكَلَتْ طَیِّباً وَ إِذَا وَضَعَتْ وَضَعَتْ طَیِّباً وَ إِذَا وَقَعَتْ عَلَى عُودٍ لَمْ تَكْسِرْهُ

“Bal arısı kimi ol. Yedikdə pak yeməklər yeyir, məhsulu pak olur və budağın üstünə qonduqda onu sındırmır.” (“Qurərul-hikəm”, c. 4, səh. 595).

Bal arısının xüsusiyyətlərndən biri budur ki, yedikdə, pak-pakizə qidalar seçir və hər qidanı yemir. Aləmdəki bu qədər qidalar arasından təkcə ən incə qida olan nektarı seçir. Pak qida yediyi üçün verdiyi məhsul da pak olur.
Bizim əməllərimiz bizim istehsal və məhsulumuzdur. Əgər vücud karxanamıza pak məhsul daxil etsək, ondan pak məhsul istehsal olunacaq. Ona görə də bizə tövsiyə olunur ki, bal arısı kimi olaq! Bal arısı yaxşıdan başqa şeyin sorağına getmir. Harada gül varsa, o da oradadır. Siz də yaxşılıqların sorağına gedin, aləmdə Allahın bağının gülləri ilə yoldaş olun, Onun dost və övliyalarından başqaları ilə oturub-durmayın.
Bal arısı budağa qonduqda onu sındırmır. Sizə də bir nemət verildikdə, onunla sevgi-məhəbbətlə davranın. Qəlb sındırmaqdan çəkinin.

قلب مؤمن عرش الرحمن

“Möminin qəlbi mehriban Allahın ərşidir.” (“Biharul-ənvar”, c. 58, səh. 39)
Bal arısının idxal etdiklərinin hamısı pakdır. Siz də səy edin ki, gördükləriniz, eşitdikləriniz, yedikləriniz və bütün idxalatınız pak olsun, beləliklə ixracatınız da pak olsun, sizdən pak əməllər baş versin.
Nektar gülü acıdır, lakin bal arısının təbiəti və həzm sistemi ilə uyğundur. Beləliklə, çox yüksək nəticə verir. İnsan da belədir. Bəzən yaxşı və pak işlər ona xoş gəlmir, onlara meyli olmur, lakin fitrət və varlıq həqiqəti ilə uyğun olduğu üçün özünü ona meyilləndirsə, yaxşı məhsul götürər. “Meylim yoxdur” demək olmaz, özünüzü ona meyilləndirin. Çünki yaxşı aqibəti vardır.

وَعَسَىٰ أَنْ تُحِبُّوا شَيْئًا وَهُوَ شَرٌّ لَكُمْ

“Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirlidir.” (“Bəqərə” surəsi, ayə 216)

Bal arısı sayağı yaşasaq, acılıqlar bizim üçün şirinliyə, çətinliklər asanlığa çevriləcək.


669 بازدید
در حال ارسال اطلاعات...