Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2019

Azərbaycana gəlməkdənsə Almaniyada ölmək

Axı müəllim 250 manata vətənin hansı daşını başına salacaqdı?
Almaniyada bir həmyerlimiz intihar edib. İntihar səbəbi də budur ki, hökümətdən ona deportasiya olunacağı xəbəri verilib, o isə Azərbaycana qayıtmaqdansa intihar etməyi üstün bilib.
Yadınızdadırsa bundan əvvəlki yazılarımızda Rusiyada "qul bazarında" işləyən həmyerlilərimiz haqda giley-güzər etmişdik. Oradakı qul bazarının işçilərindən olan həmyerlilərimiz demişdilər ki, biz müəllim işləyirdik. Həftə səkkiz mən doqquz bizi bəzi yerlərə aparırdılar ki, ölkə başçısı üçün əl çalaq, alqış eləyək. İşin ən pis tərəfi budur ki, bu müəllimlər şikayət edib deyirdilər ki, bizdən pulsuz-parasız şagirdlərdən şərəfsizcəsinə rüşvət almaq tələb olunurdu. Onlar da bu şərəfsizlikdən bezib, alçaqlığa, yaltaqlığa tüpürüb ölkəni tərk edib Rusiya bazarlarında qul olmağı üstün hesab etmişdilər. 

Bir həmyerlimizin intihar etməsi isə lap faciədir. Təsəvvür edin ki, adam Almaniyadan Azərbaycana gəlmək istəmir, bunun yerinə ölməyi üstün bilir. Uşaq olarkən bizə, elə o insana da Azərbaycan məktəblərində o qədər "gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı" atalar sözünü söylədiblər. Bunu məktəbdə bizə öyrədən müəllimlərin də Allah bilir neçə faizi xarici ölkələrdə qul bazarında işləməyə razılıq verib ölkədən gediblər. Axı müəllim 250 manata vətənin hansı daşını başına salacaqdı? Bütün bu atalar sözləri, saxta aforizmlərin heç birisi qarın doydurmur. Bəli, vətəni sevməyin zəruriliyini, vətəndə dilənçi kimi gəzməyin qürbətdə xan olmaqdan yaxşı hesab etmək və bunu xalqa təlqin etmək yaxşı işdir, amma hərdən gərək yadımıza düşsə "vətən mənə oğul desə nə dərdim..." məsələsini də düşünək. Gərək vətəni hasarlayıb, dənizini özəlləşdirən, əraziləri monopoliya edən alçaq, rəzil məmurlara yenidən orta məktəbdə icbari təhsil qoysunlar. Onlar bəlkə bu minvalla anlaya bilərlər ki, kasıb yazıq nə çəkir.
Hökümətimiz bu məsələni ciddi araşdırmalıdır. Nə üçün, nə səbəb olur ki, birincisi camaat müxalifət mitinqlərində iştirak edir, şəkil çəkdirib avropa ölkələrində mühacir olduqlarını isbatlamaq üçün özləriylə xarici ölkələrə aparırlar. Anladıq, bəzi məmurlara elə bu lazımdır ki, insanların, şikayətçilərin sayı ölkədə azalsın. Amma dövlətin yaxşı insanları yoxdurmu? Onlar hara baxır, yatıblarmı? Məlum məsələdir ki, heç bir azərbaycanlının xoşuna gəlmir gedib mitinqlərdə iştirak edib hakimiyyətin qara siyahisinə düşsün. Onları məcbur edən yaşaya bilməmələri, dolanışıqlarının çətin olmasıdır. Bunun isə baiskarı birbaşa hakimiyyət və onu idarə edən oğrular, dövlət büdcəsini talayanlardır. 

Zənnimcə daha pisi budur ki, Avropa ölkələri, elə Almaniya da başda olmarbaycan hakimiyyətini dəstəkləyir, uzaq başı hər dəfə seçkiləri tanımamaqla, höküməti korrupsiyaner adlandırmaqla kifayətlənir, ciddi tədbir görmür. Digər tərəfdən isə yazıq vətəndaşları ac qurdların ağzına atıb ölkədən çıxarır, onlar öz taleləri ilə baş-başa buraxır. Çünki Avropa ölkələri həmin yazıq vətəndaşın, intihar edən azərbaycanlının oğurlanan sərvətlərini həmin oğru hakimiyyətdən alır, yeyir, üstündən su da içir, buna görə hökümətə heç nə deyə bilmir. Çünki dilləri hökümət qarşısında qısadır.


202 بازدید
در حال ارسال اطلاعات...