Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2019

Məmurlar nə etsin ki, övladları YAP-ın ofisində nökər kimi dünyaya gəlsin?

Bəlkə YAP ofisində bir doğum evi tiksinlər, elə uşaqları orda dünyaya gətirsinlər
Eldar Sabiroğlu oğlu Rüfətdən "imtina" edəndən sonra keçmiş nazirlərdən biri olan Qüdrət Quliyevin də oğlundan "imtina" etdiyini xalqın və haqqın imtina etdiyi "Müsavat" qəzeti yazır. Düzdür ki, tərbiyəsiz xəbər və şəkillər çap etməklə , trolluq edib Əli Həsənovdan dövlət yardımı adıyla pul qopartmaqla başını birtəhər saxlayan "Müsavat" qəzetinə o qədər də bel bağlamaq olmaz. Amma səbəbi eşidəndə adamın sanki inanmağı gəlir. Səbəb budur ki, Qüdrət Quliyevin oğlu xarici ölkədən "Azadlıq" qəzetinə müsahibə verib. Nə üçün "Müsavat"a inanmaq olmaz deyirik? Çünki adicə bir qəzetə müsahibə verməyi "müxalifət oğul" adlandıran bu qəzetin fitnəkarlığı barizdir. Niyə yazmırlar ki, haqqı dediyi üçün. Məlum məsələdir ki, Azadlıq qəzeti müxalifət qəzetidir, adam da düşünüb ki, əgər ölkədəki haqsızlıqları deməliyəmsə bunu təbii ki, trol qəzet olan "Müsavat" qəzetinə danışası deyiləm. Çünki oradakılar tənqidləri təbrik adıyla dərc edərlər. Buna görə də haqq səsini yaymaq üçün tribuna tapıb ora danışıb. 

Biz öz saytımızda bundan qabaq Eldar Sabiroğlu haqda da yazmışdıq. Artıq bu ikinci hərəkətdir. Bunun təməlini də Eldar Sabiroğlu qoydu. Bu, bu cür pis bir şəkildə vüsət alıb getsə pis olacaq.
Ola bilər ki, Eldar da, Qüdrət də iqtidarın ağzını yummaq naminə belə bir iş düzüb-qoşub, inandırıcı olsun deyə də yayıblar. Amma sabah, biri gün digər insanlar bu işin iqtidar caynağından qurtulmanın ən yaxşı yolu hesab edib həqiqətən belə bir iş görməzlərmi?
Qüdrət Quliyev sosial şəbəkədə yazıb ki, ailəsi oğlundan imtina edir, onun etdiklərindən ötrü məsuliyyət daşımır. Məsuliyyət daşımamağın yaxşı işdir, onsuz da Əli Həsənov demişkən, Azərbaycan hüquqi dövlətdir (?!), burada nəvəyə, oğula görə ata, baba cəzalandırılmamalıdır. Amma görün iqtidar xalqın, hətta onlara xidmət etmiş məmurların gözünü necə qorxudub ki, oğlu etiraz edən məmur ata oğlundan "imtina" edir. Ölkədə əməlli-başlı hüququn içinə ediblər.

Diqqət etdikdə görürsən ki, Eldar Sabiroğlu da, elə Qüdrət Quliyev də sabiqlərdəndir. Hazırda vəzifədə deyillər. Amma görünür vaxtında yaxşı yığıblar ki, indi yığdıqlarının əllərindən çıxmasından ötrü ehtiyatlanırlar. Təbii ki, onlar "yetim məmurlar" kateqoriyasındandır. Yoxsa Eldar Mahmudov kimi onlara kim nə deyə bilərdi? Ya da yaxşı ehtimalla başlarının bəlaya düşməsini istəmirlər. Amma bundan ötrü oğuldan "imtina" etmək lazım deyil. Sadəcə olaraq çıx sən də de ki, oğlum yazıb, qələt edib, başını daşa döyüb. Cənab prezident, dolandır oğlumu başına, bağışla onu. Olsun bitsin. Onsuz da cəsarətli olub, oğlunun dalında dayanan deyilsən, üzürxahlıq elə heç olmasa.

Mühüm bir məsələni də qeyd etmək istərdik. Azərbaycan illərdir məmur işləmiş insanları onsuz da xalq haramxor kimi tanıyır. İndi bunlardan bəzisinin balası bu cür cəsarətli addım atanda deyirlər ki, halaldır, yəqin halal süd əmib, halal tikə yeyib. Amma ataları onların zəhmətini belə etməklə heç edir.
İndi bir sual yəqin ki, sizi də məmurlar kimi düşündürür. Görəsən məmurlar necə etsin, nə yesin, nə içsin, nə "dua" oxusun, bəlkə cadu eləsin ki, balaları YAP-ın qapısında kölə kimi dünyaya gəlsinlər. Bəlkə YAP ofisində bir doğum evi tiksinlər, elə uşaqları orda dünyaya gətirsinlər. Sonra da YAP suyuna salıb çıxartsınlar?


521 بازدید
در حال ارسال اطلاعات...