Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2019

İstər türk ol, istər fars... (İnsan olmayandan sonra)

"Türk qüruru" mövsusunda bir xəbər yaymışdılar. Türkiyədə küçələrdə türklərdən soruşublar ki əgər Azərbaycandan Türkiyəyə qaçqınlar gəlsə onlarla necə rəftar edərsiniz? Camaat da deyib ki, onlar bizim qardaşımızdır, biz qardaşıq. Onlara yaxşı baxarıq, bağrımıza basarıq. Maraqlı tərəfi odur ki, bu sualı, bu sorğunu ona görə keçiriblər ki, Suriyadan qaçqınlar Türkiyəyə pənah gətirib, deyilənə görə türklər də onları qovurlar. Biz şovnist, millətprəst deyilik. Bir dindar kimliyini daşıyan insan üçün, müsəlmanlığa iddialı olanlara görə bütün insanlar Allah qatında bərabərhüquqludur. Mübarək hədisdə buyurulduğu kimi, ərəbin əcəmdən heç bir üstünlüyü yoxdur, təqvadan başqa. Quran da Allah üçün ən yaxşı insanların təqvalı insanlar olduğunu buyurur. 

Bizim camaat arasında da zülmkar isanlara "insan" deməzlər, yaxud deyərlər ki, filankəsin insaniyyəti ölüb. Xüsusən də müasir dünyada bu qədər hüququn zahirdə qorunduğu bir dünyada ən çox yayılan sözlərdən biri – insanlığın ölməsidir. Bunun nümunəsini Nigeriyada, Yəməndə, Suriyada çox gördük.
Gəldik sözügedən məsələyə. Deməli, deyilir ki, türklər suriyalıları xoşlamır və onların Türkiyədə bulunmasından narahat olublar. Əgər xəbər doğrudursa, türk adına bir təxribat deyilsə, doğrusu çox pis xəbərdir. Başqa vaxt "nə mutlu türküm deyənə" deyib türkü öz tanrısından da pak bilməyə can atırlar. İndi isə türklərdən belə bir yaraşmaz hərəkət görürük. Halbuki suriyalıların vətənindən didərgin düşməsinə səbəb olanların başında dayananlardan biri də məhz Türkiyə prezidenti Rəcəb Təyyibdir. O zaman da türklər küçələrə tökülüb "qardaşım, sən öz ölkənə bax, Suriyada nə işin var " deməmişdi. Bura artıq sözün bitdiyi, insanlığın öldüyü yerdir. 

Pantürklər bəyənməsələr də bunu mütləq yazmalıyıq. Bəyənmədiyiniz, millətpərəstlikdə ittiham etdiyiniz İran İslam Respublikasının fars əsilli lideri olan mərhum İmam Xomeyni deyərdi ki, bizim dövlət bütün dünya məzlumlarını himayə edir. Elə indi də ölkə rəhbərliyi bu dəyərləri dövlətində rəmz, dilində şüar edib. Həqiqətən də bacardıqları qədər o zamanlar Qarabağ müharibəsində Azərbaycana, indi də Suriya, İraq, Fələstin kimi dövlətlərə öz yardımını əsirgəmirlər.

Təkidlə çatdırmaq istədiyimiz bir məsələ də budur ki, bu cür türklərə gərək heç bir yurdundan didərgin düşmüş insan bundan sonra inanmasın. Yaxşı bir fürsət olub ki, Azərbaycanda yaşayan insanlar bu insanların iç üzünü tanıyıb. Düzdür, dardüşüncəlilər bunu türkün qüruru adıyla reklam ediblər. Amma biz dəlilli-sübutlu danışırıq. Dəlilimiz də budur ki, türklər suriyalıları ona görə qovur, ölkələrində görmək istəmir ki, onlar türklərin hər halda istər puluna, istər yeməyinə bir mənada şərik olublar. Belə olan halda isə şərik olan hər kimdirsə türkiyəlinin xoşuna gəlməyəcək. Bu, azərbaycanlı olsa belə. Ona görə də bu cür adamların saxta qardaşlıq iddialarına inanmamalıyıq. Bütün dünyada bütün insanların hüquqlarının qorunmalı olduğu deyildiyi bir halda, millətlərə zahirən fərq qoyulmadığı halda türklər, böyük ehtimalla zahirən müsəlman olan türklər belə bir çirkin iş görüblər. Deməli, türk, fars, ərəb, rus olmaqla deyil. Əsas odur ki, insan olasan. İnsan olmayandan sonra türk, fars oldun nə yazar. Çünki Allah milliyyəti insanlara xas edib, insan olmayanın milli kimliyi də olmaz.


566 بازدید
در حال ارسال اطلاعات...