Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Avqust 2019

Əlində daraq, corab satan insanlardan nəsə alın. Qoymayın dilənçi...

Çox zaman küçədə əlində daraq, qayçı, yaxud corab, hamam kisəsi satan insanlara çox rast gəlirik. Bu insanlar bəzən özləri insanlara yaxınlaşıb mallarını təqdim edirlər, bəzən hansısa bir yerdə kölgəlik tapıb əyləşib qarşılarına malları qoyub camaatdan müştəri kimi gəlib onlara xeyir vermələrini umurlar. Bu cür insanlardan bacardığınız qədər alış-veriş etməyə çalışın. Onsuz da həmin mallardan satan satıcıların dükanlarda hər zaman müştərisi olur. Düzdür, bir çox insanlar düşünür ki, bəlkə əldən satan insanların malları "brak" olar, ona görə də dükanlara üz tuturlar. Amma belə olmuş olsa da bir corab almaqla alıcı kasıblaşmaz. Biz kiməsə bütün pullarınızı əldə satan satıcılara verin demirik. Bir var ki, bir nəfər özünə əziyyət verib satıcıdan on dənə darağı birdən alır, bir də var ki, on nəfər gəlib hərəsi bir dənə alır. Beləliklə də cəmisi on dənə daraq satmaqla satıcı xeyir əldə edir.

İnsanın başqasının halına yana bilməsi üçün ən yaxşı variant özünü onun yerinə qoymasıdır. Əgər düşünürüksə ki, hökümətin sərişdəsizliyi ucbatından neft ölkəsinin vətəndaşı bu cür alver etməyə məcbur qalır, o zaman biz də xalq olaraq onları geri çevirməməliyik. Onsuz da bu cür insanlar onlara çatmalı olan paydan məhrum edilirlər, bizlər isə öz vətəndaşımız, ən əsas Allahın bəndəsi olduqları üçün bu cür insanlara yardım etməliyik.

Yaxşı bilirsiniz ki, ölkəmizdə dilənçilərin sayı çoxdur. Bu insanlar istənilən insana yaxınlaşıb pul istədikdə ağlımızdan ilk olaraq "niyə mən zəhmət çəkib işləyib qazandığım pulu ona verməliyəm" demək keçmir. Bəlkə ilk olaraq düşünürük ki, nə üçün bu insan sağlam ikən işləmir. Düşünürük ki, heç olmasa bu cür insanlar küçələrdə, metrolarda, avtobuslarda "bulka", qələm, dəftər və s. əşyalara sata, beləliklə də özlərini dolandıra bilərlər. Çünki insan ilk olaraq hər kəsin zəhmət çəkib pul qazanmasının, özünü zəhmətə verməsinin tərəfdarıdır. İstər fiziki zəhmət olsun istərsə də beyin zəhməti. İndi ki, belədir, gərək küçələrdə, əllərində əşyalar satan insanlardna alver edək. Çünki biz onlardan nəsə almasaq onlar evə pulsuz, ac gedəcəklər.

Bu cür alış-verişlərdə diqqət ediləsi bir məsələ budur ki, məbadə elə olsun ki, biz onlardan nəsə alanda onlar bizim onlara acıdığımızı düşünsün. Biz elə etməliyik ki, onlar işlərindən məmnun qalsınlar. Əks halda, əgər alver edərkən onlara yazığımızın gəldiyini hiss etdirməklə onları elə dilənçidən də betər vəziyyətə sala bilərik. Bu cümlələri yazmaqda məqsədimiz bu deyil ki, əslində onlar acınacaqlı durumdadır və biz acıdığımız üçün onlardan nəsə alırıq. Xeyr, əsla belə deyil. Əksinə, biz necə belə düşünə bilərik ki, bir halda onlar bizə onlara verdiyimiz pulun müqabilində bizə nəsə satırlar. Yəni biz bu pulu onlara heç nə üçün vermirik, bəlkə verib müqabilində nəsə bir mal alırıq. Başqa sözlə bu cür insanlar halal zəhmətləriylə pul qazanırlar, minnətsiz, zillətsiz.


292 بازدید
در حال ارسال اطلاعات...