Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Avqust 2019

Qüdrət "bəy", utanmasan barmaqda, seçki debatlarında oynadılmağa nə var ki?

Utanmasan barmaqda oynadılmağa, prezident seçkilərində debat zallarında oynadılmağa nə var ki?
Həsənquliyevin Şizofreniya diaqnozuna sözardı

Deputatxananın əqidəsini satmış, cib müxalifəti olmuş deputatlarından biri Qüdrət Həsənquliyev bu yaxınlarda müxalifət, yəni özü kimi saxta, cib müxalifəti olmayıb həqiqi müxalifət hesab edilən insanlara "fit müxalifəti" deyilməsini təklif edib. Nədir ki, onlar Qüdrət Həsənquliyevin fikrincə fitlə hərəkət edirlər. Əslində Qüdrəti heç kim ciddiyə alıb fikir bildirmək istəməzdi, heç müsahibə verdiyi, "fit müxalifəti" ifadəsini işlətdiyi sayt da elə öz saytlarıdır. Amma cavab da olmasa sadəcə Həsənquliyevə bir xatırlatma etmək yaxşı olardı. O deyir ki, Şizofreniyanın ilk əlaməti utancaqlığın və özünü tənqid hissinin itməsidir. Çox gözəl diaqnozdur. Amma çox böyük ehtimalla Həsənquliyev gözəl bilir ki, bu söz hamıdan əvvəl elə özünə aiddir. Bizim el məsəlimizdə deyilir ki, utanmasan oynamağa nə var ki? Amma bu, Həsənquliyev barədə bir az fərqli deyilir. Məsələn deyə bilərik ki, zikr edilən atalar məsəlini Həsənquliyevin üzərində tətbiq eləsək belə deyirik; Utanmasan barmaqda oynadılmağa, prezident seçkilərində debat zallarında oynadılmağa nə var ki? 

Həsənquliyevin adı da, soyadı da çox mənalıdır, amma özü bu ad və soyadın haqqını nəinki lazımınca ödəyə bilmir, üstəlik onlara zülm və haqsızlıq edir. Adama ad qoyanlar "Qadir" (qüdrəti çatan) yox "Qüdrət" adı veriblər. Yəni qüdrətin özü. Adda mübaliğə vardır. Bu insan isə qüdrət ortaya qoymalı, haqqı lazım (bu lazım iqtidarın Qarabağla bağlı xatırladığı lazım deyil, bu lazım vaxtı gəlmiş lazımdır) gəldikdə deməyi bacarmalı idi. "Həsənquliyev" isə "Həsənin qulu" mənasındadır. Böyük ehtimalla Əziz İmamımız İmam Həsənin (ə) nökəri, xadimi olması qəsdiylə ona bu ad verilib. Adam isə hal-hazırda Fövqəlnazirin "haftava daşıyanı" kimi tanınır.
"YOU Tube"də videolar paylaşan Vidadi müəllim bu yaxınlarda dedi ki, mənim yanıma Fövqəlnazir və onun kimi iqtidar adamları hakimiyyət əleyhinə danışmamaq üçün Qüdrət vasitəsiylə "pazarlığa" gəlirlər. Yəni Qüdrəti millət vəkili hesab etmədikləri, ona bunu yaraşdırmadıqları üçün deyil. Sadəcə adam millətlə görüşmür, dərdlərini demir, bir işə yaramadığı üçün, yaltaqlığın da sezonu seçki vaxtı olduğu üçün hazırda yeddi il boş oturmasın, deputatxanadakı kürsünün haqqını ödəsin deyə onu özlərinə vəkil tutub xarici ölkələrdəki müxalifətlə danışıqlara göndərirlər.

Seçki sezonu demişkən yaxşı yadıma düşdü. Müxalifətə "fit müxalifəti" deyən Qüdrət anlasın ki, özü əsil sezon müxalifətidir. Yəni beş ildən bir gedib yarım faiz səs alıb beş il oturub növbəti seçkinin gəlməsini gözləyir. Əlbəttə indiki halda artıq iki il çox gözləməlidir.
Utanmamaq da elə burdan qaynaqlanır. Adam utanmır, qızarmır, xəcalət çəkib ölüb yerə girmir, öz adını güzgüyə baxıb özgəyə qoyur. Bunun arsızlığının, həyasızlığının, "debilliyinin" zirvəsi bilirisnizmi haradır? Deməli, İlham Əliyev hər dəfə Heydər Əliyevdən söz salanda ondan əvvəlki iqtidarın, yəni indiki müxalifətin tarixin zibilliklərinə gömülməsindən danışır. İlham Əliyevin belə şablon, çürüyü çıxmış sözlərlə hər dəfə basdırdığı adamlardan biri də belə çıxır ki, Həsənquliyevdir. Çünki Həsənquliyev o zamanlar hakimiyyətdə kürsü sahibi idi. O, isə ona tarixin zibilliklərini rəva görən İlham Əliyevin barmağında oynadığı insandır. Seçki debatlarında iqtidarın qurduğu şou-teatrda Qüdrət baş rol ifa edən klounlardan biridir. 

Sonda deyək ki, bəlkə də tarixin zibilliklərində olmaq Həsənquliyev üçün bir az şərəf olardı. Çünki tarixin zibilliklərində olmaq tarixdə qalmaq deməkdir. Həsənquliyevin yeri sovetdənqlama köhnə binaların həyətlərində dolub-daşmış, mikrob saçmış zibil qablarındadır.


267 بازدید
در حال ارسال اطلاعات...