Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Sentyabr 2019

Siyavuş Novruzov, xalq qəhrəmanı olmağın birinci şərti İlham Əliyevi açıqca tənqid etməkdir

Bildiyiniz kimi YAP üzvü, təyinatla yaputatxanada oturan, yaltaqlıqda Zahid Orucdan, Elşən Musayevdən, Həsənquliyevdən, Fazil Qəzənfərdən və s. GÖZƏGİRƏN ordusundan heç də geri qalmayan Siyavuş neçə gündür ki, gündəmi işğal edib. İndi camaat deyir ki, YAP-ın içində çaxnaşma düşüb, hakimiyyətdaxili çəkişmələrə xalq şahid olacaq. Buna dəlil kimi də Siyavuşun keçmiş nazirlər haqda “altlarına milyard vurub oturublar” ifadəsi oldu. Amma Siyavuş xalqın qəhrəmanına çevriləcəyini heç də ummasın. Çünki onun dediyini Hafiz Hacıyev çoxdan deyirdi, həm də ondan daha gürultulu, real və şiddətli. Amma hələ də xalq Hafizə ya “balıq” deyir, ya da “yaltaq”. Bunun sirri bilirsinizmi nədədir? Xalq arasında “nənəm də bacarar” deyə bir məsəl var. Hafiz Hacıyev, Siyavuş Novruzov kimi GÖZƏGİRƏNLƏR çıxıb publikaya işləmək istəyəndə onların etdiklərinin cılız olduğunu göstərmək üçün deyirlər ki, “bu işi nənəm də bacarar.” Bəli, onların etdiyini, yəni heç bir nazirin adını çəkmədən tənqid etmək, “yetim nazirləri” vurulandan sonra təpikləməyi şəxsən nənəm də bacarar. Bu işdən asan nə var ki? Su içməkdən asan işdir. Hünərin varsa hazırda vəzifədə olanları tənqid elə. Prezidentin qovduğu, yaxud onun gözündən düşən nazirləri təpikləmək asandır. Xalq isə qoca nənənin də edə biləcəyi bir cəsarəti istəmir Siyavuşdan. Siyavuş Novruzov əgər xalqın qəhrəmanı olmaq istəyirsə mütləq şəkildə, açıq-aşkar nazirləri və onları vəzifəyə təyin edən prezidenti tənqid etməlidir. Çünki nazirlər birbaşa prezidentin imzasıyla təyin edilir. Siyavuş isə prezidentin GÖZÜNƏ GİRİB keçmiş, vurulmuş nazirlərə göz dağı vermək istəyir.

Bizim xalq – iqtidarın dediyi doğrudursa (ki, əlbəttə doğru deyil) müxalifətə inanmadığı, iqtidarı açıqca meydanlarda tənqid və məhkum edə bilmədiyi qədər iqtidara, şəxsən prezidentə tərif edən insanları da yaltaq və GÖZƏGİRƏN, vətən xaini hesab edir. Deməli, Siyavuş Novruzov nə qədər ki, prezidenti tənqid etməyəcək, hətta baş naziri belə “vursa”, yenə də xalqın gözündə GÖZƏGİRƏNDƏN başqa bir kəs deyil. Amma o, bunu edə bilməz. Çünki onun da “kirli dosye”sini açarlar, dalından bir təpik vurub atarlar. Həm partiyadan, həm də deputatxanadan. Azərbaycan kinosunda dediyi kimi, o da gedər tövlə təmizləməyə.


109 بازدید
در حال ارسال اطلاعات...