Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2019

İlk olaraq xalq antiterror əməliyyatları keçirib ölkəni zalım hakimiyyətdən təmizləməlidir

Deputatxanada təyinatla, küllü miqdarda pul vermək və yaltaqlıqla oturan Fərəc Quliyev deyir ki, bizim tam haqqımız var ki, öz ərazilərimiz olan Qarabağda anti-terror əməliyyatlar keçirib işğaldan azad edək. Eyni xüsusiyyətlərə artıqlamasıyla malik olan Tahir Kərimli də Fərəc Quliyevin “nəğməsinə” “musiqi bəstələyib.” Deməli, bunlar 30 ildir yatıblar, yatıblar, indi ayılıblar ki, sən demə Ermənistan terrorçudur və biz anti-terror əməliyyatı keçirib Qarabağı işğaldan azad etməliyik. İndi bu cür tiplərdən soruşsanız deyər ki, biz bunu gözəl bilirdik, amma BMT, süperdövlətlər, beynəlxalq təşkilatlar buna mane olur. Çünki özləri deyir ki, BMT-yə bunu xatırlatmaq lazımdır. Mümkündür ki, bu da videosu yeni ortaya çıxmış əlillərin alçaq, rəzil insanlar tərəfindən döyülməsi məsələsini ört-basdır etmək üçün bir oyundur.

Onsuz da təyinatlı deputatlar həya-abır etməsə də, zərrəcə vicdana sahib olmasalar da BMT deyəcək ki, mənə nəyi xatırladırsınız, indi ayılmısınız ki, terrorçulardan torpaq təmizləmək lazımdır?
Bu deputatlar, ümumiyyətlə bu hakimiyyət özünü qanmazlığa vurub, anlamaq istəmir ki, 30 il keçəndən sonra necə durub anti-terror əməliyyatı keçirəcəksiniz ki? Deməzlər ki, bəs niyə bu 30 ildə yatmışdınız? Əslində bu cür naşı, bayağı, şablon bəyanatlar verməklə hakimiyyətin quyruq bulayan deputatcıqları öz hakimiyyətlərini və eləcə də BMT-nin nüfuzunu aşağı salırlar. Çünki bu cür bəyanatların ümumi məzmunu budur ki, Ermənistan Qarabağda terror edib və bütün dünyan da terrorla mübarizə aparmalı ikən bu terrora göz yumur. Eləcə də Azərbaycan rəhbərliyi. Amma bütün məsuliyyət hakimiyyətin üzərinə düşür. Başqası gəlib nə etməlidir bizim üçün?

Bəs şəxsən İlham Əliyevi, onun təyinatıyla deputatxanada ağzına su alıb oturan deputatcıqlar, miskinlər, yazıqlar, zavallılar nə üçün sözü bir yerə qoyub İlham Əliyevdən Qarabağa girməsini tələb etmirlər. Çünki onlar sabah danışsalar, biri gün Əliyevlə Mehdiyevin şərikli obyekti olan deputatxana buraxılar, boşalmış kürsülərə pul alıb yeni təyinatlı deputatlar qoyarlar. Buna görə də bu cür insanlar cınqırını çıxara bilmir.
Çünki onların müxtəlif yerlərdə biznesləri, obyektləri, mağazaları, restoranları var. Nazirlər, digər məmurlar kimi onlar da ölkə rəhbərliyinə “dolya” verməklə öz ailə bizneslərini irəli aparırlar. Eləcə də ailə hakimiyyəti xaricdəki villalarından, ofşor hesablardan, xalqın boğazından kəsib, büdcəsindən oğurladıqları pulları necə itirə bilərlər? Onlar bütün bunlara görə müharibə etmək istəmirlər.
Azərbaycan müsəlman xalqdır. Bu cür müsəlmanlığa ləkə olan hakimiyyət, miskin, yazıq, zavallı deputatlar bir dəfə olsun Allah üçün səcdəyə getmir. Bunların nəfəsləri yalanla gedib gəlir. Allaha olan ibadəti bu gün-sabaha salan bu insanlar Qarabağı da 30-40-50 il gecikdirəcəklər.

Anti-terror əməliyyat aparmaq lazımdırsa birinci bunu ailə hakimiyyətinə, miskin deputatlara qarşı aparmaq lazımdır. Onlara layiq olduqları yeri- zibillikləri göstərmək lazımdır. Ondan sonra Qarabağ haqda düşünmək olar.


196 بازدید
در حال ارسال اطلاعات...