Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Oktyabr 2019

Gəncəli anaların başına gələn bütün anaların başına gələ bilər yox, elə gəlib də

Gəncədə balaları həbs edilən analar neçənci dəfədir ki, paytaxtda aksiya keçirirlər. Bütün qiyamların, inqilabların ölkələrin paytaxtında baş verməsi təbii haldır. Çünki ölkənin hakimiyyət nümayəndələri, hökümət binası, nazirlər kabineti, Parlament və s. idarələr paytaxtda yerləşir. Amma haqsızlıqların əleyhinə, zalımların müqabilində qaldırılan qiyamlar təkcə paytaxtda baş verməməlidir. Çünki ölkənin bir yerində zülm olunursa təkcə o yerin sakinlərinin etirazı, yaxud təkcə o yerə gəlib etiraz etmək kifayət etmir. İslam Peyğəmbəri (s) buyurur ki, bir yerdə bir məzlum fəryad eləsə ona cavab verməyən bizdən deyil. Bu hədis ümumi mənada deyilib. O qədər ümum ki, hətta okeanın o tayında bir nəfər fəryad eləsə bu tayındakılar fəryadına cavab verməlidir. Bu, isə imkan daxilində baş verir. Məsələn, minimal hesabla hər kəsin içində, qəlbində etiraz etməsi labüddür. Çünki insan təbiət etibariylə zülmü sevməyən, zalıma əyilməyən şəklində xəlq edilib. Bundan əlavə diliylə, qələmiylə, sözüylə mübarizə aparanlar mütləq tapılır. Kimsə bacarırsa zülm olunan məhəllə, hadisə yerinə gəlib fiziki olaraq etiraz etməyə başlayır.
Azərbaycanda artıq etirazlar baş qaldırıb. İqtidar saytları, trolları, GÖZƏGİRƏNLƏRİ özləri də etiraf edir ki, artıq xalq oyanır. Hətta hakimiyyətə öz yaltaqlığı ilə xüsusi seçilən Müsavat qəzeti də İlham Əliyevin yeni Azərbaycan modelina dair işlər görməsi anonsunu verir.

Azərbaycanın müxtəlif regionlarında, xüsusiylə də Bakıda gəncəli anaların fəryadına hay vermək lazımdır. Bu iş, şərlənmək, zülmə məruz qalmaq əlbəttə bir gün digər anaların da başına gələ bilər. Əlbəttə gələ bilər yox, gəlib də. Çünki bu ölkədə bir ananın balası elə bütöv xalqın balasıdır. Çünki o bala hərbi xidmətə gedib vətəni düşməndən qoruyarkən təkcə öz anasını deyil, bütün anaları, ataları, balaları qoruyursa həbs ediləndə, zülmə məruz qalanda da hamının borcudur ki, onu müdafiyə eləsin. Onsuz da ölkədə zülmə məruz qalmayan bir ailə tapmaq mümkün deyil. Xalq məhkəmələrin rüşvətxorluğundan, şikayət ərizələrinə baxılmamasından, bütün dövlət idarələrin rüşvətlə işləməsindən, maaşların azlığından, işsizlikdən, acından ölməkdən şikayət edir. Bir zamanlar siyasi baxışlarına görə insanlar həbs edilirdisə, artıq dini inancına görə də həbs edilir.

Bizim xalqda iki şeyin olmasını hamı deyir. Biri vəhdətsizlik, digəri dözümlülük. Hələ o vaxtdan indiki yaramaz rejimin banisi ata Əliyev “Azərbaycan xalqı dözümlü xalqdır” deməklə bu məsələyə işarə etmişdi. Amma bıçaq sümüyə dirəndiyi vəziyyətdə dözümlü olmaq mümkün deyil. Nə Qarabağın ermənilər tərəfindən işğalına, nə də yerdə qalan 80 faizin bir ailə hakimiyyəti tərəfindən işğala məruz qalmasına xalq göz yummamalıdır. Oturub gözləməməliyik ki, gəlib bizim də balalarımızı həbs etsinlər, sonra biz də etiraz edək. Əgər bu məntiqlə yaşasaq, bu gün balası zülmə məruz qalan gəncəli ananın fəryadına “mənim neyimə lazımdır?” məntiqiylə cavab verməsək, sabah bizim də balalarımız həbs ediləndə onlar bu məntiqdən çıxış edəcəklər. Beləliklə də vəhdətsizlik, pərakəndəlik, yəni zəiflik və süstlük daha da dərinləşəcək.


532 بازدید
در حال ارسال اطلاعات...