Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Oktyabr 2019

İlham Əliyev oğlunu vəzifələrə gətirmək üçün hakimiyyətdə “cavanlaşma prosesinə” keçir

Ramiz Mehdiyevlə birgə Hacıbalanın, Əli Həsənovun vəzifədən kənarlaşdırılmasını hərə bir cür şərh edə bilər. Düzdür, bu aralar xalqın haqlı etirazlarının ardıcıl olaraq baş verməsi onları qorxuya salıb. Artıq təkcə siyasi müxalifət deyil, xalqın içindən də etirazçı, müxalif qüvvələr tapılır ki, yaramaz hakimiyyətə etiraz edir. Məsələn, 19, 20, 24 oktyabr aksiya və mitinqlərində xalqın nümayəndələri etiraz edirdi. Hakimiyyət bundan təşvişə düşüb, yalandan uşaqpulu, pensiya artırılması barədə anonslar verib xalqın başını yenə aldatmağa çalışırlar.

Qoca məmurların bu cür işdən çıxarılması mümkündür ki, xalqın qəzəbindən qorxmaq üçündür. İlham Əliyev demək istəyir ki, xalqın rəyini nəzərə alırıq. O, bununla bir tərəfdən xalqın gözündən pərdə asıb gündəmi dəyişmək istəyirsə, digər tərəfdən xalqın başı qarışmış ikən “cavanlaşma prosesi” sayəsində əslində öz oğlunu yavaş-yavaş vəzifələrə gətirmək istəyir. Heydər Əliyevin dövründən gözəl bilirik ki, məşhur qumarbaz, alkaqolik, bəzilərinin narkoman, bəzilərinin kurtka alverçisi, bəzisinin kazinolarda gecələyən insan kimi tanıdığı İlham Əliyev Qarabağ müharibələri zamanı orda-burda keflənib avaralanmaqla məşğul idi. Ancaq Heydər Əliyev Azərbaycanda öz dayaqlarını möhkəmlədəndən sonra İlham Əliyevi yavaş-yavaş qaldırmağa başladı. Hamının, hətta sovet hakimiyyəti zamanı Heydər Əliyevin xəstə, avara, qumarbaz, kazinoda gecələyən kimi tanınan oğlu yavaş-yavaş gəlib hətta baş nazir kürsüsünə belə oturdu. İndi həmin hadisəni İlham Əliyev öz oğluyla etmək istəyir. Çünki artıq oğlu Heydər Əliyevin qarşısında hansısa bir vəzifə yoxdur. Məktəbi, ali məktəbi bitirib, hərbi xidmətə zahirən də olsa yollanıb. Belə bir insanın gedib Rusiyada polka arxasında banan satmaq kimi bir halı yoxdur. “Cavanlaşma prosesi” ancaq onun oğlunun cavan məmur axını ilə birlikdə yavaş-yavaş yüksək vəzifələrə gətirlməsinə hesablanıb.
Amma burada bir məsələ xatırlanmalıdır. Siz 2003-cü ilin arxiv videolarına baxın. İlham Əliyev o zaman indi vəzifədən gedən Mehdiyevin vasitəçiliyi ilə saxtakarcasına özünü baş nazir təyin etmişdi. Xalqdan intervyu alanda onlar deyirdi ki, gənc baş nazir yaxşı şeylər vəd edə bilər. Yəni, hələ o zamanlar baş nazir olan Artur müvəqqəti çəkilmiş, yerini İlhama vermişdi. Yəni on altı idir ki, bu hakimiyyət qoca qurdların əlindədir. İndi necə oldu “cavanlaşma prosesi” başladı? O zaman İlhamı gənc baş nazir kimi yaxşı hesab edənlər bəlkə də bilmirdi ki, məqsəd İlhamın prezident olmasıdır. Elə də oldu. İlham prezident oldu, yenidən Artur baş nazir təyin edildi. Elə indi də cavanlaşma prosesi Heydər Əliyevin yavaş-yavaş vəzifələrə gətirilməsinə və gələcəkdə ehtimal edilən maneələrin indidən aradan qaldırılmasına xidmət edir. Çünki Ramiz Mehdiyev hakimiyyətin ailədaxili ötürülməsinə mane ola bilərdi. Hakimiyyətin bu saxtakarlığına xalq inanmamalı, bu ailə hakimiyyətini ölkədən qovmalıdır.


557 بازدید
در حال ارسال اطلاعات...