Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2019

İlham Əliyev “Qoşulmama hərəkatında” niyə atasını reklam etdi?

Heydər Əliyevin Naxçıvandan Bakıya gəldiyi zamanlara gənclik dövrləri təsadüf edən hər kəs bilir ki, bu gün İlham Əliyevi xalqın başına bəla edən ata Əliyev olduğu kimi, ata Əliyevi də bu xalqa müsəllət edən, dövləti bu yırtıcının qucağına atan da Elçibəy idi. Heydər Əliyev özü Naxçıvandan Bakıya enən kimi dedi ki, məni deputatlar dəvət etməyib, məni Azərbaycanın prezidenti Əbülfəz Elçibəy dəvət edib. Hətta Milli Məclisdə də demişdi ki, məni İsa Qəmbər, Pənah Hüseyn, Elçibəy dəvət edib ki, gəlim vəzifə tutum.
Əvvəlcə onu deyək ki, Əliyevin bu cür fors verə-verə danışmasının arxasında iki şey durur: O, özünü yuxarı tuturdu, güya demək istəyirdi ki, deputatlar kim olur ki, məni dəvət etsin, mənə birbaşa prezidentin ehtiyacı var. İkincisi isə Heydər Əliyevi o zamanlar xalq dəftərdən silmişdi. Sovet höküməti zamanında onun xalqa, dövlətə olan xəyanətləri ucbatından hamı ondan üz döndərmişdi. Artıq sovet qalığı və qulbeçəsi olan bir insanın ölkəyə rəhbərlik etməsini heç kim istəmirdi. Özü də Azərbaycanın sovetlərin boyunduruğundan xilas olduğu, müstəqil olduğu, sovetlərin dağıldığı bir dövrdə. Əliyev isə bu ehtimalda da öz təkəbbürünü, xalqa, xalqın böyüklərinə, ziyalılarına, parlament üzvlərinə olan qəzəbini, kinini bu cür ifadə edirdi. Yəni, siz məni sildiniz, mən də bura sizin üçün yox, prezident üçün gəlmişəm – demək istəyirdi.

İlham Əliyev, atasının bu çıxışlarından xəbərsiz bu insan isə deyir ki, o zamanlar Heydər Əliyevi Bakıya xalq dəvət etmişdi. Bunu hər dəfə təkrarlayan Əliyev sonuncu dəfə “Qoşulmama hərəkatı” toplantısında da dilə gətirib. Təbii ki, o, elə təsəvvür yaratmağa çalışır ki, güya xalq onun atasını və indi də onu sevir. Amma bu ailənin xalqın gözündə zərrə qədər də olsa dəyəri olmayıb. Çünki Brejnevi özünə mənəvi ata, lider bilən bu ailəyə müsəlman, Brejnevin dövləti tərəfindən işğal edilmiş bir ölkənin xalqı necə məhəbbət göstərə bilər.

İlham Əliyevin bu yalanından əlavə həm də belə bir sual yaranır ki, görəsən, o, nə üçün atasını reklam edirdi. Bildiyiniz kimi “Qoşulmama hərəkatı”nda 120 dövlət var. Biri də Azərbaycandır. Yəni, İlhamdan başqa orda 119 ölkədən nümayəndələr var idi. İlham Əliyev isə deputat seçkilərində onun təyinatıyla namizdəlik verən və seçki kompaniyasında GÖZƏGİRƏNLİK edən insanlar kimi qarşısına qoyulan kağıza baxa-baxa atasının Bakıya xalq tərəfindən çağırılmasını car çəkirdi. Görəsən ordakı 119 ölkənin nümayəndəsi ata Əliyevi tanımırmı? Yoxsa tanıyırlar, özü də yaxşı tanıdıqları üçün Əliyev öz atasını özü istədiyi bir formada tanıtmağa çalışırdı? Axı, belə bir iclasda kiminsə öz atasından danışmasının, 119 xarici ölkənin nümayəndələri qarşısında özündən əvvəlki hakimiyyəti pisləməsinə nə ad vermək olar? Halbuki eyni işi hazırda xaricdə olanlar edəndə onların barəsində “xainlər xarici ölkələrdə dövlətimizin adını batırır” deyirlər. Əliyev də xarici ölkə nümayəndələrinin qarşısında bunu etdi.


517 بازدید
در حال ارسال اطلاعات...