Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Noyabr 2019

Hakimiyyət hətta öz tərəfdarlarını meydana çıxartmağa qorxur. Çünki...

Yəqin ki, əvvəlki və indiki mitinqlərdə müxalifətin və xalqın az bir qisminin meydanlara çıxıb etiraz etməsinə sabahı gün TROLLAR vasitəsilə məsxərə edən hakimiyyətin nə mitinqlərdə, nə də başqa günlərdə öz tərəfdarlarını küçələrə çıxarmasının şahidi olmamısınız. Bu hakimiyyət, şəxsən İlham Əliyev ümumiyyətlə insanların hətta öz tərəfdarlarının meydanlara çıxmasından qorxub çəkinir.
Düzdür ki, ara-sıra Hafiz Hacıyevin, Qüdrətin və s. “cib müxalifətinin” mitinqlərinə seçkiqabağı YAP nümayəndələri 250-300 manat verdikləri müəllimələri, həkimləri işlərini əllərindən almaq hədəsiylə bu cür mitinqlərə göndəriblər. Sayt, qəzet nümayəndələri belə adamlardan müsahibə alıb onların hara gəldiklərini soruşublar. Onlar isə hara və niyə gəldiklərini bilməyiblər. Sadəcə deyiblər ki, məktəbdən göndəriblər gəlmişik.

Bilirsinizmi niyə hakimiyyət öz tərəfdarlarını meydana çıxarmır? Bir neçə ehtimal ola bilər. Birincisi budur ki, ümumiyyətlə hakimiyyət, şəxsən İlham Əliyev hətta öz tərəfdarlarının (əgər varsa) meydana çıxmasından qorxur. Çünki arada qarşıdurma yarana bilər, bu insanlar birdən birə dəyişilib hakimiyyətin əleyhinə ayaqlana bilərlər.
İkinci ehtimal budur ki, İlham Əliyev ümumiyyətlə xalqı sevmir. Necə ki, xalq onu sevmir. Onun bu xalqdan olmamasını deyənlərin sözlərinin sübutu olaraq bu nüansı qabartmaq olar. O, bu xalqdan biri deyil və xalqı sevmir.

Üçüncü ehtimal budur ki, İlham Əliyevin ümumiyyətlə tərəfdarı deyilən bir adam yoxdur. Çünki onu dəstəkləmək üçün məktəb müəllimləri meydanlara göndəriləndə onlar tez bir zamanda yaltaq insan kimi nəzərlərdə qalırlar. Əlbəttə məcbur qalıb meydanda sadəcə görünənlər yox, həqiqətlərə göz yumub yalandan tərif edənlər bu cürdür. Elə bilməyin ki, onların meydana çıxartmağa adamları yoxdur. Vardır və çıxarırlar da. Məsələn, “Ata”, Ataş”, yaxud “Atasız” kimi ad çıxaran jurnalist, polis nə olduğu bilinməyən bir insan artıq sosial şəbəkələrdə məşhur olub. Adam mitinqlərə gedir, jurnalist olduğunu deyir, hətta xanımlar tərəfindən söyülür, təhqir edilir. Başqa bir “müdafiyəçi” də “haftava Maqsud” adıyla şöhrət tapıb. Heç YAP-ın əldəqayırma zurnalistləri və qəzetləri, saytları da adamlarını bu cür meydanlara göndərmir. Çünki heç kim əslində İlham Əliyevin badına getmək istəmir. Onlar da artıq bilir ki, Əliyevlərin gedən vaxtlarıdır, bu dönəmdə hələ ki, onların xeyrinə heç kim iş görmək istəmir. Bu da o deməkdir ki, əslində meydana yığılan bir neçə insan, həvəskar çəkiliş aparan, yaxud jurnalist gödəkçəsi geyinən bir dəstə jurnalist əslində Əliyev hakimiyyətinə qalib gələn insanlardır.


404 بازدید
در حال ارسال اطلاعات...