Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2019

Maqsudun timsalında Əliyevin tərifinin və etiraz aksiyasında təxribatın səbəbi

Son aksiyalarda təxribatçılıqla məşğul olan, etirazçılara etiraz edən, siyasi müxalifəti pisləyən, İlham Əliyevi tərifləyən Maqsud adlı bir vətəndaş nəinki yaddaşlarınızdan çıxmayıb, bəlkə də artıq sizin, ölkənin, iqtidarın, xarici ölkələrin belə gündəmində duran bir nömrəli adamdır. 

İndilərdə deyilir ki, daha doğrusu özünün dediyinə görə Avropa ölkələrinin birinə gedib. Niyə? Ordan məmurları, deputatları tənqid edib qayıtmaq üçün. Artıq bir neçə yutub televiziya kanalı ilə əlaqə saxlayıb və deputatları, nazirləri tənqid də edib. Bu cür adamlar nə vaxt peşiman olub tənqid etsə də gec deyil. Biz indi elə bir alçaq, rəzil rejimlə mübarizədəyik ki, bu rejimlə 50-60 ilin dostları belə bir vaxt sözləri çəp gəlsə həmin adamları xalq müdafiə etməlidir. Çünki bu cür insanların bir neçə gün ərzində alçaq, rəzil, yaramaz Əliyev hakimiyyətinə vurduğu zərbə Əli Kərimlinin uzun illərdir vurduğu zərbədən heç də az və zəif deyil. Çünki bunlar bu alçaq rejimin pisliklərini bilən adamlardır. 

Bu adam açıq-aydın mitinqdə “İlhamla İrəli” deyirdi, indi isə əməlli-başlı inqilab edir. Açıq-aşkar sözündən belə çıxır ki, mən Əliyev rejimini yox, təkcə İlham Əliyevi ona görə tərif edirdim ki, əlimdən alınan obyektlər, dükanlar, nə bilim restoranlar, müsadirə olunan ev əşyalarım bəlkə qayıtdı. Özü açıq-aşkar məhkəmənin ədalətsizliyindən danışır, deputatların xalqın dərdinə yanmamasından dəm vurur. Bu cür sözləri Əli Kərimli, Cəmil Həsənli deyəndə deyirdilər ki, ermənilərə xidmət edir. Maqsud isə deyəndə inandırıcı çıxır, niyə? Çünki adam həmin deputatlara, məhkəmə hakimlərinə, məmurlara yaxın adam olub. Şübhə yoxdur ki, ölkədə bütün vətəndaşlar birlir ki, Allahın bir “butkasını” da açanda əlli yerə rüşvət verməli olursan. İndi o ki qaldı Maqsud kimi obyektləri, dükanları olan bir adam olsun. Söhbət Maqsudun rüşvət verib verməməsindən getmir. Biz gözümüzlə onun əlbəəl kimlərə rüşvət verməsini görməmişik. Sadəcə dediklərini eşidirik. Söhbət ondan gedir ki, ən mühümü odur ki, Azərbaycanda yaramaz, alçaq rejim xirtdəyə qədər korrupsiyaya batıb, rüşvət aparatının da başında birbaşa Maqsudun hələ də təriflədiyi Əliyev durur. Bu rejimin telekanalizasiyasından tutmuş, məhkəməsinə qədər hamısı alçaq, rəzil, yaramaz, ədalətsiz, əxlaqsız, rüşvətxor adamların əlindədir. (Çox xırda istisnalarla)

Düzdür, aksiyalarda cəmisi 3-4 adam çıxıb Əliyevi tərifləyir. Xalqın içindən 1000 nəfər də (bu, deyək ki, yaramaz rejimin və trollarının hesablamalarına görə belədir) bu rejimə etiraz etdiyi halda Əliyevi heç kim tərif eləmir, cəmisi 3-4 nəfər. Elə bilməyin ki, yaramaz və alçaq rejim özü kiminsə çıxıb onu tərifləməsini istəmir. İstəyir, istəməsəydi Maqsud, Ata Abdullayev kimilərini orda polis digərləri kimi aparardı. Sadəcə bunlardan başqa adamları qalmayıb.

Uca və qadir Allah, Əliyevi elə bir rəzil günə qoyub ki, onu tərifləyən ya Ata Abdullayev kimi fırıldağçı, yaltaq, cinayətkar adam olur, ya da Maqsud kimi biznesi vurulan insan. İndi Maqsud əvvəlki biznesini qaytarmaq üçün aksiyalarda “İlhamla irəli” deyirdi. Bu gün İlhamı “sevən” imkanlıların 99 faizi belədir. Rüşvət verməklə, min dayday tapıb işini düzəltməklə varlanan bu imkanlılar İlham kimi rüşvətxorun getməsini təbii ki, istəməyəcək. Mülkləri əllərindən çıxanda da “İlhamla irəli” deyib məmurları topa tuturlar.


342 بازدید
در حال ارسال اطلاعات...