Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2019

İlham Əliyevin xalqı eşitməsinin ən sadə yolu onun saytına girməkdirsə...

Zillət vəkili Aydın Mirzəzadə xalqa çox “önəmli” bir xəbər çatdırıb. O, indiyədək İlham Əliyevə səsini, harayını, naləsini eşitdirmənin yolların axtaran xalqa “gözəl nəsihət” verib. Yox, öz üslubunu xalqa məsləhət görməyib. Çünki xalqın içindən GÖZƏGİRƏNLƏR artsa Aydın kimilərə yer qalmayacaq. Çünki o da deputatxanaya GÖZƏGİRƏNLİK sayəsində girə bilib. 

GÖZƏGİRƏNLİKDƏ ad çıxartmış “Müsavat” qəzetində Aydın Mirzəzadə deyir ki, PREZİDNETƏ MÜRACİƏT ETMƏNİN ƏN ASAN ÜSULU PRESİDENT.AZ SAYTINDA “MÜRACİƏTLƏR” BÖLÜMÜNƏ DAXİL OLUB ORDA “PREZİDENTƏ MƏKTUB YAZMAQ” DÜYMƏSİNİ SEÇMƏKDƏN KEÇİR. Əgər ən asan üsul budursa gör indi asan, çətin, ən çətin yollar üçün yazıq xalq yolunu Çindən, Cənubi Amerikadan filan salmalıdır. 

Gələk sayta daxil olmaq məsələsinə. Zillət vəkili (əgər bu sözü ona İlham Əliyev deyibsə elə o da) elə bilir ki, xalq daha yağ-bal, internet-sayt içində yaşayır, hamının evində notbuk, internet, bahalı telefon vardır. Əlbəttə, onlar da uşaq deyil, gözəl bilirlər ki, gündüz-gecə bunları yutubda söyürlər, feysbukda təhqir edirlər, hətta müxalifət öz mitinqlərinə adam yığanda feysbukdan daha çox istifadə edir. Bunlar da bütün bunları nəzərə alıb bu qərara gəliblər ki, tərəf saytlarda bunları söyməkdənsə elə sayta girib şikayətini yazsın.

İkincisi, sayta daxil olsanız görərsiniz ki, “müraciətlər” bölməsində bəytərifindən başqa heç nə yoxdur. Hətta “tənqidlər”, “şikayət” şöbəsi qoyulsa da bir dənə də tənqidə rast gəlinməz. Təbii ki, saytı işlədənlər prezidentin qabağına tənqidlər və şikayətləri qoyası deyildilər. Allah bilir vətəndaş orada İlham və onun hakimiyyətini yaş yuyub quru sərir, amma sayta qoyulanda GÖZƏGİRƏN qəlibinə salıb qoyurlar.
Üçüncüsü, elə ən asası da budur ki, o sayt idarə edənlər məgər İlhama hər şeyi çatdırır? Elə Aydın Mirzəzadə də burda “təkərə düşüb”. Fakt faktlığında qalır. Yüzlərlə insan şikayət edib deyir ki, İlham bizim səsimizi eşitmir. Yutubda çoxsayda vətəndaş tapa bilərsiniz ki, dəfələrlə məktub yazdığını, sayta müraciət etdiyi deyir, amma fikir verən yoxdur. Nə saytı işlədən şəxsin, nə də Əliyevin marağı və hövsələsi yoxdur ki, minlərlə məktubda yazılan on minlərlə dərdi oxusun, düşünsün, çarə tapsın. Çünki bir vətəndaşın bir dərdi və şikayəti – məsələn – məhkəmə haqdadırsa, Əliyev bunun üçün nə etsin? Bu məsələnin həlli üçün gərək məhkəmə hakimi cəzalansın. Onun cəzalanması üçün rüşvət alanları, verənləri gərək cəzalandırasan. Bu cəzalananlar içində İlham Əliyevin də adı keçsə gərək onu birtəhər ört-basdır etsinlər. Hələ bu bir vətəndaşın bir dərdi ha... Gör indi o birilər necədir.


276 بازدید
در حال ارسال اطلاعات...