Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2019

Azərbaycanda hakimiyyəti xalq üzərində “qalib” edən üç səbəb

Azərbaycan hakimiyyəti hər nə qədər özlərini güclü hesab etsələr də əslində gücləri yoxdur, gücsüz, zəif, zavallıdırlar. Çünki onlar öz güclərini Allahdan almırlar. Allahdan uzaq düşmüş, fironluq yolunu tutmuş bu insanlar təbii olaraq da müsəlman xalqı əzməklə, hüquqlarını tapdalamaqla, haqqı ört-basdır edib batili yaymaqla məşğul olacaqlar.

İman gücündən əlavə bu insanlar təbii ki, siyasi güc və məharətdən də binəsibdirlər. Buna görə də müvəqqəti olaraq xalqa qalib gəlir, onu əzir, hüquqlarını tapdalayır, əzib keçirlər. Başqa sözlə desək Azərbaycan hakimiyyətini “qalib” edən üç əsəs səbəb vardır;

Birincisi, onlar hər nə qədər özlərini demokratiya himayədarı, milli-mənəvi dəyərlərin hamisi kimi tanıtsalar, milli hökümət olduqlarını və müstəqil siyasət yürütdüklərini iddia etsələr də əslində birbaşa Rusiya dövlətinin diqtəsiylə iş görürlər. Doğrudur, ayaqda qalmaq, davam gətirmək üçün kiçik dövlətlərin böyük dövlətlərin siyasətindən asılı vəziyyətə düşməsi siyasətdə normal qəbul edilir. Üstəlik nəzərə alsaq ki, Azərbaycan yetmiş il sovet hökümətinin tərkibində yaşayıb. Amma bu o mənaya gəlməməlidir ki, bir dəstə quldur bundan sui-istifadə edib hakimiyyəti qəsb eləsin. Məsələn, bunun əvəzində Azərbaycan hakimiyyəti yaxşı siyasət aparıb bütün dünyanı, eləcə də Rusiyanı öz tərəfinə çəkərdi və Ermənistan dünyada təklənərdi. Qarabağ məsələsi də beləcə öz ədalətli həllini tapardı. Balaca dövlət olmaq kiminsə vassalı olmaq demək deyil. Azərbaycan hakimiyyəti yaxşı siyasət yürütsəydi indi Rusiyaya belə öz savadlı diplomatiyasıyla diktə edə bilərdi. Misal üçün İranla Azərbaycanı müqayisə edək. Düzdür ki, İran ərazi və əhali baxımından Azərbaycandan qat-qat böyük dövlətdir. Amma hər ikisi Rusiyanın müttəfiqi olan dövlətlərdir. Fərqləri budur ki, İran öz siyasətini yaxşı yeridə bilir, özünün qüdrətli dövləti, demokratiyası, inkişafı, silah-sursatı, texnikası mövcuddur. Hətta Rusiya belə siyasi məsələlərdə İranın sözünü, fikrini nəzərə alır, onunla məsləhətləşir. Azərbaycanda isə hətta məmur seçimində belə Rusiyanın təyin etdiyi adamlar illər uzunu hakimiyyətdə qalır. Hakimiyyət ailədaxili ötürüləndə belə Rusiya ilə razılaşdırılmamış bu mümkün olmur. Başqa sözlə desək bütün varlığı ilə bu hakimiyyət özünü Rusiyaya həvalə edib, Rusiyanın “dabrosu” olmasa bu hakimiyyət tarixin zibilliklərində qərar tutacaqdır.

İkincisi, bu hakimiyyəti güclü edən xalqının birliyinin olmamasıdır. Təsəvvür edin ki, bu millətin başında hər cür “turp əkirlər” amma kiçik bir dəstədən savayı heç kim küçələrə çıxıb Gürcüstanda, Ukraynada, Fransada olduğu kimi etiraz dalğaları təşkil eləmir. Halbuki Rusiyanın varisi olduğu sovetlər ilk dəfə bu xalqdan ağır zərbə alıb. Bu günlərdə isə xalqda bir hərəkətlilik sezilir, amma köklü dəyişikliyə nail olmaq mümkün olmur. Onu da qeyd edək ki, xalqımız bu gün belə öz gücünü itirməyib. Buna sübut olaraq deyək ki, sonuncu aksiya və mitinqlər göstərdi ki, yenə az adamın etiraz üçün küçələrə çıxmasına baxmayaraq hakimiyyət bəzi qoca qurdlarından imtina etdi. Çünki qorxdular, əlləri-ayaqları əsdi. Hətta danışanda belə dodaqlarının əsməsini asanlıqla müşahidə etmək olur.

Üçüncüsü, bu hakimiyyət ona görə zahirdə güclü görünür ki, xalqından əlavə müxalifəti arasında da təəssüf ki, indiyə qədər birlik, vəhdət bərba edilməyib. Bu ana qədər nə qədər seçkilərdə partiyalar blok, birlik şəklində iştirak etsələr də bu davamlı olmayıb. Unutmadan qeyd edək ki, xalqın müxalifət liderlərinin arxasınca getməməsinin bir səbəbi də onlara olan etibarlarının itməsidir.
Təbii ki, bu prosesdə hakimiyyət bütün qüvvəsini ortaya qoyub müxalifəti gah parçalamq, gah hakimiyyətin çaldığı havayla oynayan müxalifət düzəltmək istəyir. İndiyə qədər nə qədər müxalifətçinin 180 dərəcə mövqeyini dəyişib iqtidara quyruq bulamasının əsas səbəbi elə hakimiyyətin özüdür.
Odur ki, Azərbaycan hakimiyyəti heç də özünü güclü hesab etməsin. Onu güclü hesab edən dediyimiz səbəblərdir. Sonda qeyd edək ki, heç şübhəsiz ki, Azərbaycan hakimiyyətinin ömrü xalqın səbri qədərdir.


144 بازدید
در حال ارسال اطلاعات...