Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2020

Amerika sıravi cinayətkarı edam edə bilir, Türkiyədə terrorbaşı dana kimi bəslənilir

İndiyədək bütün bəşəri cinayətlərin altından hər zaman qaniçən, işğalçı Amerikanın barmağı tapılıb. Bu dövlət müxtəlif terror təşkilatları təsis edib xalqların canına salır, daha sonra özünü anti-terror dövləti kimi göstərməyə çalışır. Amma digər tərəfdən də terroru açıq-aydın dəstəkləyir.

ABŞ haqqında danışanda deyirlər ki, bu ölkədə demokratiya ən yüksək səviyyədədir. Əlbəttə yalan söhbətdir. ABŞ-da qaradərililərin çəkdikləri əziyyət, polislərin onlara güllə atmaq azadlığına malik olması heç kimə sirr deyil.

Əsas demək istədiyimiz məsələ odur ki, ABŞ öz ölkəsində ölüm hökmünü qadağan etməyib. Bir sıra ştatlarında bu hökm hələ də qüvvədə qalmaqdadır. Amma digər ölkələrə təzyiq göstərib ölüm hökmünü ləğv etməyə nail olurlar. Ləğv edə bilməyəndə də anti-təbliğat aparıb həmi ölkələri qapalı, zülmkar ölkələr kimi təqdim edirlər. Məsələn, İran dövləti ABŞ-ın siyahısında güya qeyri-hümanist bir dövlətdir. Çünki bu ölkədə edam hökmü vardır. Amma həmin hökmün elə lənətə gəlmiş Ali Səud hakimiyyətində də olmasına baxmayaraq onlara “güldən artıq söz” deyən yoxdur. Ayətullah Baqir Nimr bütün dünyanın gözü önündə başı bədənindən qopardılaraq şəhid edildi. Onu şəhid edənlərlə ABŞ prezidenti əlində qılınc yallı gedirdi. İranda isə hansısa bişərəf edam ediləndə bu, hümanizmə hayqırı kimi qəbul edilir. Daha dəhşətlisi budur ki, Amerika tarix boyu müxtəlif müsəlman ölkələrində öz müttəfiqlərinin zalımlıq etməsinə göz yumub. Məsələn, İranda Rza şah məhz ABŞ-ın maraqlarına xidmət edən bir diktator olub. Bu ölkədə şahlıq rejiminə ABŞ heç zaman etiraz etməyib. Hazırda da Rza şahın oğlu ABŞ-da siyasi mühacir həyatı yaşamaqdadır.

Digər tərəfdən ABŞ Türkiyənin terorrçu elan etdiyi Fətullah Güləni də “paşalar kimi” Pensilvaniya ştatında bəsləməkdədir. Bunun bərabərində onu terrorçu elan edən Türkiyə prezidenti ilə də heç bir problemi yoxdur. Öz ölkəsində isə adi bir cinayət törətmiş bir şəxs edam edilir. Məsələn iki il bundan qabaq ABŞ-ın ən yaşlı şəxsi – 83 yaşlı Uolter Mudi Alabama ştatında edam edilmişdi. Türkiyə isə 1999-cı ildə terrorçu və vətən xaini elan etdiyi Apo ləqəbli Abdulla Öcalanı o vaxtdan İmralı “cəza evində” yedizdirib, içirdib dana boyda edib. Özünün milli komandasının şərəfini qoruyan və bir vaxtlar AKP-dən deputat seçilmiş məşhur futbolçu Hakan Şükür isə təzyiqlərə və təqiblərə məruz qaldığı üçün ölkədən qaçıb, xaricdə yaşayır.

Terrorbaşı Öcalanı ki, tanımayan yoxdur. Adam PKK terror təşkilatının qurucularından və ilk sədridir. Təkcə Türkiyənin deyil bütün dünyanın əziyyət çəkdiyi PKK terror təşkilatının – ilanın başını əzməyə Türkiyəyə icazə verməyənlər ABŞ və onun nökəri funksiyasını yerinə yetirən bəzi Avropa dövlətləridir.
Çox təəssüf ki, bütün bunlara baxmayaraq Türkiyə hələ də ABŞ-dan köklü bir şəkildə qırıla, müsəlman dünyasına, İrana bağlana bilmir.


1078 بازدید
در حال ارسال اطلاعات...