Şrift ölçüsü:
A+
A
A-
Kr
13 İyun 2020

Azərbaycan polisi güvənc yeridir yoxsa utanc yeri?

Təbii ki, bəzilərimiz polislər haqqında tənqidi yazı görəndə tənqid edənləri dövlət əleyhinə iş görməkdə ittiham edirlər. Əlbəttə, ağına-bozuna baxmadan bu cür ittiham edənlərin də adı vardır. Onlara da hakimiyyət TROLU deyirlər.

Yəqin ki, bu çox təhlükəli bir tendensiyadır, camaat içində bölünmələrə, parçalanmalara gətirib çıxarır. Amma nə edək, bu, təkcə bizim alnımıza yazılmayıb ki? Başqa dövlətlərdə də bu cürdür.
Məsələn, götürək ABŞ polisini... Neçə gündür ki, xalqa divan tutur. Etirazlar səngimək bilmir. Amma məlumdur ki, deyəcəksiniz ki, ABŞ polisləri arasında xalqı sevənlər, xalqın tərəfinə keçən, onunla qucaqlaşan, qarşısında diz çökənlər oldu. Azərbaycan polisi isə xalqa quduz köpəyin gözüylə baxır.
Bu, bəlkə də ona görədir ki, elə qədimdən polislərimizi xalqımız it kimi yad edib. Polis bölmələri “itxana”, polislər isə “it” adlanıblar. Müasir Azərbaycanımızda isə polisə təkcə it yox, quduz it deyirlər.

Düzdür, normalda polislər dövlətin bel sümüyü, xalqın güvənc yeri olmalıdır. Bizdə isə güvənc yox utanc yeridir. Deyirlər polis xalqı qoruyur, amma polislərin son hərəkətlərinə baxanda görürsən ki, polisin özü xalqda qorxu yaratmağa çalışır. Polisbaşı Vilayət Eyvazov görünür xalqda əməlli-başlı qorxu yaratmağa çalışır.

Deyək ki, vətəndaş düz eləməyib polisin başına zibil töküb. Yaxşı, bu, polisə əsas verirmi ki, məhkəmənin icazəsi olmadan, qanunu pozub camaatın evinə soxulsun, insanların qanunla qorunmuş haqlarını, şərəf və ləyaqətini ayaqlar altına atıb yataq otağına daxil olsun, geyinməyə belə macal vermədən vətəndaşı qamarlayıb aparsın. Yoxsa polisin başına zibil atıb adıyla vətəndaşın başına qapaz vurmaq olar?
Bildik, bu polislər alçaqdır, hərəsi bir oğru, rüşvətxor, xalqın puluyla ailəsinə çörək aparan haramxor məmurların övladları, kürəkənləri və qohumlarıdır. Özləri də özlərindən rütbəcə böyük zabitlərin yanında dovşan vəziyyəti alıb qadınlara “sən də dovşansan ərin də” deyən şərəfsizlərdir. Bəs dövlət hara baxır. Niyə bu polislər həmin xanımın yanında dovşan olub təkcə ondan üzür istəyirlər. Axı o sözü ictimai yerdə demiş, daha doğrusu çəkib ictimailəşdirmişdilər. İndi zəhmət çəkib üzrlərini də ictimai etsinlər.
Deyək ki, bunlar alçaqdır, bəs dövlət niyə kordur? Axı bu, dövlətin simasını, vətəndaşla olan rəftarını göstərir? Niyə erməniyə güc göstərə bilməyən dovşanlar əliyalın, məzlum xalqın üzərinə şir kimi nərə çəkirlər?

Burada diqqət çəkən bir məsələ də alçaq polislərin etdikləri nadürüst əməlləri lentə almalarıdır. Vilayət Eyvazov görünür əmr verib ki, bunları çəkib yayın ki, xalqda qorxu yaransın. Amma xalq belə axmaqlardan qorxan deyil, vaxt gələcək şərəfli Azərbaycan polisi Vilayət Eyvazovu, dovşan polsiləri qulaqlarından tutub layiqli yerlərinə aparacaqlar.


299 بازدید
در حال ارسال اطلاعات...