Şrift ölçüsü:
A+
A
A-
Kr
16 İyun 2020

İtə bayıra çıxmağa icazə var, adam çıxsa “itlər” tutub “it kimi”...

Bunu da gördük ilahi... Deməli, xəbərdə deyilir ki, sərt karantin rejimində itlərin küçəyə çıxarılması hallarından sui-istifadə edilməməlidir. Karantin günlərində bir nəfərin öz itini gəzdirdikdən sonra başqasına, qonşusuna verməsi qadağandır. Belə hallara ciddi nəzarət olunacaq.

Bunu da kim desə yaxşıdır? Baş Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Əvvəlcədən deyək ki, biz ümumiyyətlə polislərə it deyilməsinin əleyhinəyik. Amma neyləyək ki, görünür elə qədimdən polislər belə bir şərait yaradıblar ki, onlara it deyiblər.
Yaxşı, deyək ki, o zaman Elçibəy zamanı idi, dərəbəylik idi. Qanun, nizam hələ qaydasına düşməmişdi, yaxşı, bəs indiki zamana nə deyirsən? Elə bir neçə gün bundan qabaq baş verən zibilatma hadisəsinə, ondan sonra vəhşi kimi camaatın evinə icazəsiz soxulub çılpaq götürüb onları edvindən aparmalarına nə deyirsən?
Bu vəziyyəti ortaya çıxaranlara vallah it desəniz itə haqsızlıq olar.

Ola bilər ki, burada itlə polsi arasında bir bağlılıq olduğu üçün Baş Dövlət Yol Polisi İdarəsi belə bir qənaətə gəlib. Bunlardan nə desəniz gözləmək olar.
Artıq bu gündən sosial şəbəkələri karikaturalar bürüyüb. Deməli, bir karikaturada bir it digər itdən soruşur ki, hara gedirsən? O da deyir ki, xozeynimi gəzməyə çıxarmışam. Başqa bir karikaturda it sahibinə deyir ki, istəyirsənsə səni gəzməyə aparım.

Doğrusunu Allah bilir, amma mənim gümanım buna gedir ki, xalq polisə it dedikcə polis də xalqla belə müamilə edir. Sanki iti xalqdan dəyərli bilirlər. Görmürsünüzmü, itə bayıra çıxmağa icazə var, adam çıxsa “itlər” tutub “it kimi” həmin adamı çırpırlar. Çırpa bilməsələr də uzaqbaşı ona “dovşan” deyirlər. Sonra da xalqdan qorxduqları üçün camaata “dövşan” deyən “itləri” polis bölməsində yüksək rütbəlilər dovşana döndərirlər.
Bu da müasir Azərbaycan reallığı. Bu da bunların başlarına vurulmağa layiq olan analoqu olmayan siyasət.


287 بازدید
در حال ارسال اطلاعات...