Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyun 2020

Azərbaycanda və İranda şəhidə verilən dəyər (Müqayisə)

Doğma Azərbaycanımızda nəinki adi vətəndaşın, nəinki əsgərin və əsgər anasının, hətta nəinki şəhid anasının, üstəlik şəhidin özünün belə bir qara qəpik qədər dəyəri yoxdur. Niyə, çünki ümumiyyətlə şəhadətə dəyər verilmir. Əgər bizim Azərbaycanımızda şəhidə, şəhadətə qiymət verilsəydi, heç olmasa efir məkanında tez-tez vətənpərvərlik mövzusunda verilişlər, kinolar efirə verilərdi. Amma təəssüf ki, bizdə belə bir şey yoxdur. Bunlar azmış kimi üstəlik şəhid qardaşı olan Hacı Abgüllər həbs edilir, digər şəhid balaları vətəndən didərgin salınır. Əgər gözəl Azərbaycanımızda şəhid və şəhadətə qiymət verilsəydi, Qarabağımız da azad edilərdi. Amma təəssüflər olsun ki, telekanalları telekanalizasiya adlanan ölkəmizdə bunlar yoxdur.

Ötən günlərin birində qonşu, qardaş ölkə, şəhidə, şəhadətə qiymət verilən İranda çəkilmiş bir foto ilə qarşılaşdıq. Zalda bir çox insan var idi. İranda çəkildiyini isə iki şeydən bildik. Birincisi orada əyləşən insanlar arasında ruhani libasında olan alimlər var idi. İkincisi və ən mühümü, bizi bu yazını yazmağa vadar edən səbəbdir. Deməli, bildiyimiz kimi İranda da koronavirus geniş yayıldı, ölənlərin sayı hər gün artırdı. Hətta bu cür iclaslar, camaat namazları, cümə namazları, dərslər belə tətil oldu. Son günlərdə isə Allahın lütfü sayəsində virus azaldı və artıq məscidlər, iclas zalları fəaliyyətə başladı. Lakin bu şərtlə ki, ictimai fasilə gözlənilsin.
 
İclas zallarında, məscidlərdə bu fasilə iki şəxsin arasında bir insan qədər boşluq saxlamaqla təmin edildi. Yəni, iki insan ortasında kimsə olmur və ictimai fasilə qorunub saxlanılır.

Düşünün ki, şəhidə və şəhadətə bu qədər önəm verən iranlılar öz boşluqlarını, ictimai fasiləni, iki nəfər arasında olan yeri necə doldursalar yaxşıdır? Deməli, iclasda insanlar əyləşib amma iki kreslo və o kreslolarda əyləşən iranlılar arasında bir kreslo boş saxlanılıb. Orada heç kim oturmayıb. Digər yandan boş saxlanılıb demək də olmaz. Çünki orada Allahın Quranda “ölü deməyin, onlar diridir, Allah yanında ruzilənirlər” dediyi şəhidlərin fotolardan rəsmləri boylanırdı. Bu da ikinci səbəb oldu ki, bu fotonun İranda çəkildiyinə əmin olduq.

Bəli, Allah yolunda öldürülənlərə ölü deməyin deyir Allah. Sanki həmin dirilər zalda əyləşib mühüm, mənəvi mövzulara şahidlik edirdilər. Baxın, buna görə də bu xalqa ölüm, işğal, imperialist qüvvələr qalib gələ bilmir.

Şəhərlərin binalarında, küçələrdə şəhid şəkilləri vurulan, bayraq əvəzinə şəhid fotoları qoyulan İranda xalq, yəni, iranlılar boş kreslonu belə şəhid şəkiliylə doldurduqları halda Azərbaycanda nə edilir? Azərbaycanda xain əllər İmam Hüseyn (ə) bayraqlarını yığışdırır, şəhidlərimizi təhqir edirlər. Şəhidlər təbliğ edilmək əvəzinə qaragüruhçular üzüqara insanları nurlu kimi qələmə verib xalqı murdarlıqlar içində bayram etmyə çağırırlar. Elə buna görədir ki, şəhadət ruhu bizim xalqda öldürülür, məhv edilir. Bu çirkin siyasət isə ölkəni məhvə aparıb, uçurumun bir addımlığına gətirib çıxarmışdır.


182 بازدید
در حال ارسال اطلاعات...