Şrift ölçüsü:
A+
A
A-
Kr
18 İyul 2020

Gərək ölsün, sonra ev verəsiniz?

Dövlət şəhid olanların ailəsinə ev verib. Təbii ki, dövlət adi hallarda vətəndaşın qədrini bilmədiyi üçün belə hallarda da onun səmimiyyətinə inanmaq olmur. Nəinki inanmaq olmur, əksinə, yəqin bilirsən ki. Səmimi deyillər, özlərini göstərirlər. Qəzəblənmiş xalqa demək istəyirlər ki, biz şəhidin qədrini bilirik, onu öldürsək də ailəsinə ev veririk. Çünki şəhid cənazələrinin gəldiyi və çıxdığı evlər uçulmuş-dağılmış daxmalar, ata-anaları da fəqir-füqəradır. Bu şəhidə nə qədər ki, şəhid olmamışdı, dövlət baxmırdı. Siz heç bir dəfə görmüsünüz ki, şəhid cənazəsi hansısa bir villadan çıxsın? Siz heç görmüsünüz ki, hansısa şəhid atası yumru sifət bir kişi olsun? Hər zaman hərbidən yayınanlar harınlamış, sifətləri zavod çörəyinə oxşayan məmurların qudurğan balaları olur.

Elə ona görə də bu dövlətə heç kim inanmır. Adını qoyurlar ki, vətən yolunda şəhid oldu. Elə vətəndirsə sizin balalarınız da gedib şəhid olsun da. Elə vətən yolundadırsa sizin də balalarınız ölsün və şəhadət zirvəsinə ucalsınlar da. Niyə vətəni çapıb-talamaq zamanı varlılar, oliqarxlar, nazir-məmur, deputat ordusu yada düşür, amma ölmək lazım gələndə kasıb balası ölür? Bu hansı ədalətdəndir?

İndi nə hoqqadır, hansı dəyişiklik etmək istəyirlər, rus nə plan cızıb – bütün bunların qoxusu sonra çıxacaq. Amma olan yazıq yetimin balasına olur.

Bundan bir neçə gün sonra müharibə söz-söhbətləri səngiyəcək. Amma yenə də köhnə hamam, köhnə tas olacaq. Yenə də əsgərliyə pullulardan pul alıb balalarını göndərməyəcəklər. Amma yetim-yesirin balası gedib erməniylə üzbəüz postda oturacaq, sabah güllə dəyəndə də deyəcəklər ki, şəhid oldu. Verdiyiniz evlər də, adlar da, şan-şöhrət də təpənizə dəysin.

Adamı yandıran odur ki, kasıb-kusubu yollayıb qırğına verirlər, adını şəhid qoyurlar. Yaxşı bəs niyə müharibəyə başlamırsız? Hər dəfə çıxıb Ermənistanın beynəlxalq hüququ pozduğunu deyirsiz və beynəlxalq hüquq “hamilərindən” tələb edirisiz ki,bu təcavüzə bir hüquqi qiymət versinlər. Onlar da hər dəfə deyir ki, belə hünərin var, get torpağını al. Sənin qabağını tutan yoxdur ki?

Ona görə də bu hakimiyyətə heç zaman xalq inanmır və inamayacaq da. Neçə gündür müharibədə şəhid olurlarsa, şəhidləri qarşılayıb könüllü orduya yazılırlarsa – bütün bunlar vətən qeyrəti olmayan bir hakimiyyətə qeyrət, vətənpərvərlik dərsi keçmək üçündür. Amma vəziyyət sabitləşəndən sonra gərək birinci daxildəki ermənilərə qarşı cəbhə alınsın, yoxsa hər dəfə daxili ermənilər bizim balalarımızı xarici ermənilərin qurbanına çevirəcək.


332 بازدید
در حال ارسال اطلاعات...