Şrift ölçüsü:
A+
A
A-
Kr
21 İyul 2020

Çimərliklər, fahişəxanalar işləyir, amma məscidlər bağlıdır

(Dindarlar nə etməlidir?)

Türklər demişkən, bir Allahın qulundan eşitmirsən çıxıb televizorda, saytda, məqalədə desin, soruşsun ki, niyə məscidlər açılmır. Deyən olsa da mütləq dindar bir insan olacaq. Çünki o, namaz qılmaq, dini moizələrə qulaq asmaq istəyir. Amma ölkədə hakim olan alçaq hakimiyyətin zərrə qədər də olsa marağında deyil ki, məscidlərin açılışını bərpa eləsin. Bir-iki dənə saray “mollası” da tapıb çıxarırlar ki, xalqa desin ki, indiki halda məscidləri açmaq insan sağlamlığı üçün təhlükədir, Quran da buyurur ki, özünüzü təhlükəyə atmayın. Vəssalam, “müctəhidlər”, “QMİ-nin “qazilər şurası” oturub “ictihad” edib “fətva” vermək qərarına gəldilər. (Hardan da bu səlahiyyəti tələqqi ediblər, heç özləri də bilmir)

Xəbərdə deyilir ki, məsul şəxslərdən biri güya anons verib ki, çimərliklər bir neçə gündən sonra açılacaq. Baxın, çimərlik ən böyük şeytan yerlərindən biridir. Məhrəm naməhrəmə qarışır, bir sıra arvadlar başqa kişilərin, o kişilər də həmin arvadların qabağında lüt-əccəbala dənizə girirlər. Korona elə bu cür fəsadlara görə gəlib dünyanı tutub, bunlar isə koronanın getməsini, karantinin yumşalmasını gözləyirlər ki, bir gedib dənizdə əndamlarını başqalarına göstərsinlər. Hətta deyirlər ki, fahişəxanalar da fəaliyyətdədir. Deməli, istirahət etmək istəyən gedib başqa turizm zonasında istirahət edir, burcutmaq istəyən konsertdə burcudur. Pul qazanmaq istəyən zillət vəkili, alçaq məmur istirahət zonasını açdırıb pula pul demir, çimişmək istəyən çimərliyi açdırır. Bəs dindarlar nə etməlidir? Nə vaxta kimi dindar kütlə oturub ölkədə hansısa saray “mollalarının” dedikləriylə oturub-durmalıdır. Artıq dindarlar da bir mövqe ortaya qoymalı, dövləti məcbur etməlidir ki, fahişəxanaları, çimərlikləri açırsan, cəhənnəmə aç, can sənin, cəhənnəm Allahın. Bizim də məscidlərimizi açın. Əgər qorunmaq lazımdırsa hər yeri bağlayın, yox əgər kimlərsə fəsad törədəcək, fahişəliklə pul qazanacaqsa biz niyə gedib məscidlərdə imanımızı gücləndirməyək?

Bütün bunlar onu göstərir ki, koronadan qorunma söhbəti fuflodan başqa bir şey deyil. Bunun bariz nümunəsini həm də neçə günlük atışma zamanı gördük. Şəhid cənazələrini qarşılayan insanlar karantin – marantin hərləmirdi. Hamı küçələrə tökülüşüb əvvəl şəhidləri qarşıladı, sonra da dəstək aksiyaları keçirdilər. Bir nəfər durub demədi ki, gedin oturun evinizdə. Çünki bütün bunları alçaq hakimiyyətə dəstək kimi bəzi GÖZƏGİRƏNLƏR yamamağa başladılar. Amma alınmadı. Çünki hamı bilir ki, bu cür alçaq bir hakimiyyət Qarabağı almaqda maraqlı deyil. Çünki Qarabağı özləri satıb.


351 بازدید
در حال ارسال اطلاعات...