Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2020

Elman Nəsirov, artıq sənin sifətini görən kimi insanın gələcəyə olan ümidi ölür

Bizim aləmimizdə “Elman Nəsirov” adı “GÖZƏGİRƏN”, “yaltaq”, “xəyanətkar” sözləriylə sinonimdir

Əgər ermənilər Azərbaycanda bir hakimiyyət yaltağını tənqid edib ermənilərin tərəfini saxlayırsa deməli birinci günahkar YAP-dır.

(Vətəndaş mövqeyi)

Erməniləri Azərbaycan ərazilərində qazdıqları səngərdə günəşi görməyə həsrət qoyan zillət vəkili Elman Nəsirov yenə Moşının şeirlərinə rəhmət oxutduracaq bir şəkildə gic-gic danışmağa başlayıb. Deyir ki, Koronavirusun dili olsaydı, deyərdi ki, Ermənistan mənim müttəfiqimdir. Ermənistan və koronavirus sözləri sinonimdir.

Hələ bu azmış kimi daha sonar çıxıb deyir ki, mən bu fikirləri səsləndirəndə düşünürdüm ki, insanlar məni qınayacaq ki, erməniləri hələ az tənqid etmişəm. Amma başqa şeylə qarşılaşdım. Mən ermənini tənqid etdim, amma özüm tənqidlərə tuş gəldim. Bu məni bir qədər təəccübləndirdi.

Əslində Elman Nəsirova iştirak etdiyi debatlarda opponentləri dəfələrə ona başa salıb, amma adam nəticə çıxarmaq istəmir. Xalq da həmin debatların altında, canlı yayımlarda öz şərhlərində adama itin sözünü deyirlər. Adam nəticə çıxarmır. Əlbəttə, belə olacaq. Sən xalqı sayma, xalqın tərəfində durma, sonra dur şikayət elə ki, niyə məni qınayırsınız.

Adama İqbal Ağazadə bir dəfə debatda dedi ki, sirki, zooparkı sizin kimi deputatlara görə buraxıblar. Amma yenə də adam utanmazcasına gedib sirkdə oturdu. Bir mənada ora elə Elman kimilərin yeridir.
İkinci nüans: Elman Nəsirov deyir ki, mən elə bilridim məni dəstəkləyəcəklər… A bala, sənə Sərdar Cəlaloğlu bir dəfə debatda dedi ki, sənin artıq varlığın özü insanları narahat edir. Sərdar Cəlaloğlunun dediklərini bir qədər hamarlayıb bir vətəndaş kimi belə deyə bilərik; Elman Nəsirov, artıq sənin sifətini görən kimi insanın gələcəyə olan ümidi ölür. Vallah bu cürdür.

Deyirsən ki, məni tənqid edənlər ermənidən törəyənlərdir. Lap deyək ki, o sözündən sonra hansısa bir şəxs – sənin dediyin kimi – saxta profillə girib heç Azərbaycan dilində düzgün yaza bilmədiyi halda sənin əleyhinə yazır. Yaxşı bəs hər dəfə debatda səni tənqid edənlər də ermənidən törəyəndir? Əgər belədirsə onda sual meydana çıxır ki, sizin YAP nə üçün bu ermənilər haqqında bir iş görmür. Əgər ermənilər Azərbaycanda bir hakimiyyət yaltağını tənqid edib ermənilərin tərəfini saxlayırsa deməli birinci günahkar YAP-dır.

Şəxsən Allah şahiddir ki, biz erməni deyilik, amma bizi ermənidən törəyən, yaxud erməni agenti hesab edirsinizsə deməli siz tanımadan-bilmdən ancaq iftira və böhtanla məşğulsunuz.

Bizim aləmimizdə “Elman Nəsirov” adı “GÖZƏGİRƏN”, “yaltaq”, “xəyanətkar” sözləriylə sinonimdir. Daha bundan sonrasını özünüz düşünün.


292 بازدید
در حال ارسال اطلاعات...