Şrift ölçüsü:
A+
A
A-
Kr
27 İyul 2020

Xalqa nəsə sözünüz var, yoxsa “You Tube”dən pul qazanırsız?

Azərbaycan camaatını əməlli-başlı dəli eləyiblər. Alçaq, rəzil, mənəviyyətsiz məmur-zillət vəkili ordusuyla bir “dam altında” yaşayan vətəndaşın zatən düz-əməlli iş görməsi təəccüblüdür. Düzdür, indi toxunacağımız problem təkcə bizim ölkədə baş vermir, mümkündür ki, başqa ölkədə də insanlar bu cür işlər görsün. Amma bizim ölkədə ümumimiyyətlə heç nəyin analoqu olmadığı kimi bu işin də analoqu yoxdur.

Deməli, Avropada bir dəstə insan var, kimisi onlara haqqı deyən zümrə kimi baxır, kimisi Qərb ölkələrinin agenti kimi, kimisi ermənilərə işləyənlər kimi, kimisi “söyüş müxalifəti” kimi tanıyır. Doğrusunu Allah bilir. Təbii ki, bir yandan yaxşıdır, belə ki, bir nəfər, iki nəfər çıxıb Azərbaycanda baş verənləri deməli, zalımların yuxusuna haram qatmalıdır. Çünki Azərbaycanda deyəndə adamın təkcə özünün yox, az qalırlar ki, nəslinin dilini kəssinlər. Onlar da çarəsiz qalıb xaricə gedir, orda başlayırlar söyməyə.

Təbii ki, söyüş söymələri, olmayan şeyləri yapışdırıb yalan danışmaqları çıxmaq şərtiylə mədəni tənqidlərinin yeri var. Düzdür, öz vətənlərindən bir parça çörəyə görə didərgin düşən insanların təbii ki, psixi vəziyyəti yerində olmasa, bu, başa düşüləndir. Özləri dilləriylə deyirlər ki, ay filankəslər, eviniz yıxılsın, məni niyə didərgin saldınız vətəndən.

Amma, demək olar ki, əksər “You Tube” istifadəçiləri kimi bunlar da adamı bir mənada bezdirir. Beş dəqiqədən bir deyirlər ki, bizi bəyənin, paylaşın... Məlumdur ki, istənilən mövzuda “You Yube”də fəaliyyət göstərənlər bu “like”ləri, paylaşımları, abone olmaları ona görə istəyir ki, bütün bunlar onun kanalının inkişafı üçündür. Amma bu qədər də olmaz axı. Sizin xalqa nəsə sözünüz var, yoxsa “You Tube”dən pul qazanırsız? Qazansınlar, bu da onlara fürsətdir ki, imkanatları artır. Buna etirazımız yoxdur. Lakin hədəf bu olmamalıdır. Bizdə əksər “You Tube” istifadəçilərinin bu cür şablon sözləri insanın zehnində ancaq pula, şöhrətə görə iş görmələrini canlandırır. Bu çox təhlükəli tendensiyadır. Ona görə ki, bu cür istifadəçilər kanallarının baxış sayı, aboneçisi, “like”ləri artsın deyə sabah-biri gün hər cür yalan xəbərə gedə bilərlər. Təki “You Tube” onlara çox yüksək olan baxış sayına görə pul versin. Bu cür olmaz, türklər demişkən, özünüzə çeki-düzən verin, xalqı maraqlı başlıqlarla cəlb edib efirdə bayağı, mənasız, yalan qatqılı nələrsə danışmayın.


247 بازدید
در حال ارسال اطلاعات...