Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2018

Parisi dərviş yox şeytan ABŞ partladır, şeytanı da müsəlman mollası qovur (Axundovçulara!)

Din əleyhinə qələmlərini işə salan və tənqid adıyla dini, müsəlmanı təhqir edən Axundovla, Mirzə Cəlili dəfələrlə ifşa etmişik. Sonuncu dəfə Abel Məhərrəmovla Allahşükür Paşazadənin arasında yaşanan qalmaqal bir daha sübut etdi ki, Abel kimi əyyaşlar Allahşükür Paşazadə kimi mollaların (şeyx Nəsrullah hesab edilsə belə) müqabilində bəraət qazana bilmir. Necə ki, əyyaş, kefli İsgəndəri də şeyx Nəsrullanın müqabilində eşidən yox idi. Əgər sənin sözün varsa, dəqiq bilirsənsə ki, şeyx Nəsrulla fırıldağçıdır, adam balası kimi, ayıq başla gəib camaat içində bunu sübuta yetirmək lazımdır. Daha gündə "vurub", lül-piyan halda mollanı, ruhanini, dini təhqir etmək ədəbsizlikdir. Deməli, Mirzə Cəlil kefli İsgəndəri şeyx Nəsrulladan ağıllı hesab etməklə ağılsızlıq edib. O vaxt da, bu vaxt da cəmiyyət bunun əksinin doğru olmağına inanır. Müasir zəmanədə də bunun nümunəsini gördük. (Bax; http://www.nur-az.com/az/author_articles/view/918)

Mircə Cəlil və cəlilçilər rüsvay olduqdan sonra onların qədər arkadaşı, dava dostu, bir əqidəni bölüşən Axundovçular da Paris mitinqləri sayəsində rüsvay oldular. Belə ki, Mirzə Cəlil kimi dinimizi, mollamızı təhqir edən Axundov da "Misyo Jordan və dərviş Məstəlişah" adlı əsər yazmışdı və televiziyamız da bu əsərə film də çəkilib. "Dərviş Parisi partladır" adlı filmdə güya müsəlman mollası (dərviş qılığında) gəlib toyuq-cücə hinində Parisin qülləsini (maketini) qoyur, barıt çəlləyi yerləşdirir və güya Parisi "partladır" ki, bəyin qardaşı oğlu gedib orda təbabət təhsili ala bilməsin. Filmdə də elə əsərdə də göstərilir ki, güya molla (dərviş) savadsız, fırldağçı, dünya görüşü, savadı olmayan biridir və elmin qarşısını bu cür metodlarla almağa çalışır. Amma elə o vaxt da bu zəmanəmizdə də nə Mirzə Cəlil və cəlilçilər, nə də Axundov və axundovçular bunu bacara bilmədilər. Dünyanın diqqətini çəkən "sarı jiletlilər" də buna sübutdur. Bildiyiniz kimi Parisi bu gün "partladan" böyük şeytan olan Amerika və onun başı pozuq prezidentidir. Fransalı rəsmilər ABŞ-dan müdaxilə etməməsini istəyirlər. Deməli, Parisi partladan dərviş (molla) deyil, bir şeytandır. Bu şeytanı qovmaq isə təkcə fransalı rəsmilərin ağlına gəlməyib. Əsrlər əvvəl bunu mübarək dinimiz bizə vacib edib və mollaların əliylə və diliylə çatdırıb. Həmin mollaların bir hissəsi də İran məmləkətində hər cümə günü namazlarda "böyük şeytan" olan Amerikanı lənətləyir və ona ölüm arzulayırlar. Həmin mollalardır ki, vaxtıyla "böyük şeytanı" ölkələrindən qovdular və əlini xalqın, dövlətin bütün milli sərvətindən kəsdilər. Dünya isə o zamanlar İranın düzgün etmədiyini düşünürdü. Amma artıq bütün dünyaya məlumdur ki, Amerika sözün həqiqi mənasında şeytandan əmələ gələn bir fitnədir. Bunu isə İran sübut edib.

Həmin şeytanlar idi ki, o zaman Axundov və Mircə Cəlilin qələmiylə də dini təhqir edirdilər. Amma bu insanların adı silinib gedib. Bu gün onlardan qat-qat düşüncəli, sağlam şüurlu tənqidçilər, yazarlar yetişib. Amma İslamın, Həzrət Muhəmmədin (s) adı heç zaman silinməyəcək. Hətta Parisin mərkəzində belə müsəlman məscidlərində "əşhədu ənnə Muhəmmədən rəsulullah" zikri hər gün səslənməkdədir.




957 dəfə baxılıb
در حال ارسال اطلاعات...