Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2019

Elşad Mirinin qızını ABŞ-a göndərməsi barədəki videosuna...

Zavallı insan özünü mərhum Hacı Zeynəlabidinlə müqayisə edir

Elşad Mirinin təqribən 15 dəqiqəlik bir videosu qarşıma çıxdı. Videodakı başlıq ("Qızım barədə söz atan insanabənzər məxluqlar") diqqətimi çəkdi. Videonu izlədim. Sən demə Elşad Miri qızını ABŞ-a oxumağa göndərib, bu barədə sosial şəbəkədə foto paylaşıb. Daha sonra dindar (vəhhabi) və dinsizlər başlayıb Elşad Miriyə sataşmağa. Birmənalı qaşılanmayan tənqidlər isə daha çox qızının hicabsız olmasıyla bağlıdır.
Öncəliklə deyim ki, Elşad Miri həmin şərhlərdən bir neçəsini videoda oxuyur və məlum olur ki, onun qızına kimsə söz deməyib. Zatən qeyrətli insan başqasının qeyrətinə bir söz deməz. Bütün tənqidlər əslində Elşadın özünə istiqamətlidir. Çünki bir qız hicabsızdırsa bu işdə təbii ki, ailənin, xüsusən atanın, xüsusən camaata bütün günü dindən dəm vuran, yalan, əsassız, xəstə məlumatlar ötürən bir atanın da günahı vardır. Elşad Miri özünü elmə-təhsilə qiymət verən bir insan kimi göstərməkdən ötrü videonun əvvəlində Bakıda qızlar məktəbi açmış Zeynəlabidin Tağıyevin fotosunu qoyub və çıxışın sonunda deyir ki, o vaxt Hacıya (başqa vaxt İslamda "hacı" anlayışı yoxdur deyən insan indi Hacı sözünü özü işlədir) lağ edirdilər, indi də mənə. Yəni, o belə deməklə 20-ci əsrin ilk ilində qızlar məktəbi açmış Tağıyevi özüylə bir tutur.
Elə ilk olaraq bu mövzudan başlayaq. Düzdür, demək olar onun bütün danışdıqları, müqayisələri yersizdir, heç də düz gəlmir, ancaq həmişə olduğu kimi bu dəfə də avam camaatı aldatmağa çalışıb. Amma alınmayıb. İndi görəcəksiniz niyə?
Deməli, qızlar məktəbindən dəm vuran Elşad Miri özünü Hacı Zeynəlabidin Tağıyevlə müqayisə edir. Birincisi Zeynəlabidin Tağıyev qızını xaricdə oxumağa göndərmir, əksinə özü pul xərcləyib qızlar məktəbi açır. Elşad Mirinin isə dəbdəbəli ofisi, saytı, kanalı, ofisdə aparaturası, hər cür bahalı telefon, kompyuter və s. avadanlıqları vardır. Adam bir vaxtlar Fətulla Gülənə, Adnan Oktara da qoşulmuşdu. Bundan əlavə vəhhabi fikirlərini cəmiyyətdə yaydığı üçün vəhhabilər ona sponsorluq edirdi, jurnalını çap elətdirir, pul verib alıb işini qabağa aparırdılar. (Başqa vaxt şiə ruhanilərini dindən biznes qurmaqda ittiham edir) İndi isə dediyi kimi biznes sahibidir. İmkanı yaxşı olduğu halda bu imkanatın heç birindən Hacı etdiyi kimi istifadə etmir.
İkincisi, Elşadın məntiqsizliyi, düşüncəsizliyi (amma özü camaata məlum çıxışında "dardüşüncəli" deyir) ona imkan vermir ki, qızlar məktəbinin adı barədə ciddi düşünsün. Məktəbin adı üstündədir: qızlar məktəbi. Yəni bu məktəbdə oğlan oxumur, hamısı qızdır. Üstə gəl geyim forması da başı yaylıqlıdır. (İstəsə internetdə axtarıb bu barədə foto və yazılarla tanış ola bilər) Yoxsa ABŞ-da da müsəlmanlara uyğun ancaq qızlardan ibarət bir məktəb vardır. Yoxsa orada da Hacının məktəbində olduğu kimi geyim formasına hicab da daxildirmi? Əgər yoxdursa bəs niyə Hacının yolunu getmirsən. Əgər vardırsa vay sənin halına ki, xristianlar hicablı məktəb təsis ediblər, sən isə hicabı önəmsəmirsən.
Üçüncüsü, mərhum Hacının məktəbində dünyəvi təhsillə bərabər dini dərslər, şəriət dərsləri də mövcud idi. Sənin təriflədiyin ABŞ məktəbində də bu cürdürmü? Sən özünü ilahiyyatçı hesab etdiyin, efirlərdə camaata dindən danışdığın halda indiyədək ailənə, övladına hicabdan danışmamısansa vay sənin halına.
Dördüncüsü, bir vaxtlar Azərbaycanda fəaliyyət göstərən və Elşad Miriylə eyni əqidə bölüşən nurçuların məktəblərində də hicabsızlıq vüsət aıb gedirdi. Onlar müsəlman qızının hicabının olmasına çox da əhəmiyyət vermirdilər.
Beşincisi, Hacı Zeynəlabidin Tağıyevin qızlar məktəbini nümunə gətirirsən, həmin qızlar məktəbində qızlar başörtüklü olduğu halda, Azərbaycanda hicab qadağası olanda, məktəbdə məhdudiyyətlər meydana çıxanda nə əcəb sənin yadına Hacı Zeynəlabidin Tağıyev və onun qızlar məktəbi düşmürdü?

Ardı var


148 dəfə baxılıb
در حال ارسال اطلاعات...