Şrift ölçüsü:
A+
A
A-
Kr
20 İyul 2019

Elşad Mirinin qızını ABŞ-a göndərməsi barədəki videosuna...-2

Deməli bütün dünya müsəlmanları sanki ağlını itirib, bircə Elşad bilir ki, İslamda uniforma yoxdur

Bundan əvvəlki yazımızda Elşadın rəhmətlik Hacı Zeynəlabidin Tağıyevin arxasında gizlənməsinə imkan vermədik. (Maraqlanmaq istəyənlər üçün: http://www.nur-az.com/az/author_articles/view/945 ) Məlum oldu ki, özü ilə Hacı arasında apardığı paralellər yanlışdır, yerlə göy qədər arada fərq vardır.
Adam daha sonra utanmadan, qızarmadan deyir ki, dinin uniforması olmadığı halda bunlar dindara geyiminə görə qiymət verirlər. Əlbəttə o "din" deyərkən özünün uydurduğu və heç bir müsəlman tərəfindən qəbul edilməyən din nəzərdə tutur. Dində xüsusi bir uniforma olmamalıdır ki, din (İslam dini) zatən buyurur ki, hicaba riayət etmək şərtdir. Bu hətta o qədər zəruri (sübuta ehtiyacı olmayan) məsələdir ki, bundan ötrü hansısa sübut gətirmək, alimə müraciət etmək lazım deyil. Bəzi məsələlər zəruridir. Məsələn, Ramazan ayının orucu kimi, sübh namazının iki rəkət qılınması kimi. Bu kimi məsələlərdə bütün dünya müsəlmanları müttəfiqdir. O cümlədən də hicab məsələsi. Elşad isə demək istəyir ki, bütün dünyada müsəlmanlar ağlını itirib hicaba dəvət edir, amma Elşad Miri bir dənə ağıllı çıxıb hicabın, dində örtünmənin olmadığını deyir. Baxın, gedin bütün dünyanı – Misirdən Səudiyyəyə, Suriyadan İrana, İraqdan Türkiyəyə qədər gəzin, hətta Avropa ölkələrinə, Amerikaya gedin, görəcəksiniz ki, özünü müsəlman hesab edən hər kəs hicabı zəruri hesab edir, dinin bir parçası bilir. Yəni bütün dünyada müsəlmanların ağlını itirdiyi üçün hicab bağlamasını, hicabı vacib bilməsini iddia edib təkcə özünü ağıllı hesab eləməkdən daha rəzil, həyasız, axmaq bir hərəkət tapmaq olarmı? 

İkincisi, deyir ki, dini o qədər qəlizləşdiriblər, o qədər nifrət ediləcək hala gətiriblər ki, savadlı gənclərimiz belələrinin səhvləri nəticəsində dindən uzaqlaşırlar. Amma gəlin görək dini kim qəlizləşdirib, dini nifrət ediləcək hala kim gətirib? Baxın, İslam dinində bir qədər əvvəl qeyd etdik ki, bütün müsəlmanlar hicabın vacibliyinə etiqadlıdır. Şiə, sünnü, vəhhabi, maliki, hənəfi, hətta ruslar, avropalılar, amerikalılar müsəlman olanda (xanım müsəlmanlar) hicab bağlayır. Hətta müsəlman ölkələrində təhsil alan xarici, keçmişi xristian olan xanımlar müsəlman tələbələr olandan sonra hicab bağlayır. Üstə gəl, əri müsəlman ölkələrində tələbə olan və özləri də təbii olaraq əriylə birlikdə həmin müsəlman ölkəsində yaşayan xanımlar belə İran, İraq kimi ölkələrdə çadra ilə, digər ölkələrdə də bağlı, hicablı formada gəzirlər. Çinlilər, avropalılar, ruslar, ukraynalılar belə, gün kimi aydın bu məsələni bildiyi halda rəzil, həyasız Elşad Miri özünü qammazlığa vurub inkarçılıqla məşğuldur. İndi sual veririk: Hamı İslamda hicabın olduğunu qəbul etdiyi, xaricilər də müsəlmanlardan bu məsələni öyrəndiyi halda kimsə çıxıb "hicab İslamda yoxdur" deyirsə işi o qəlizləşdirmirmi? Camaatın beynində şübhə yaratmırmı? Bu, işin qəlizləşdirmə tərəfi. Gələk nifrət məsələsinə. Adam başını o qədər itirib ki, nə yazdığını bilmir. Görün iş nə həddədir ki, Elşad o qədər özünə və təmsil etdiyi FETÖ, Harun Yəhya, nurçu dininə nifrət yaradıb ki, hətta bir vaxtlar ət-dırnaq, can bir qəlb, əxi olduqları Əbu Zeyd də başda olmaqla vəhhabilər onun "dininə" nifrət edir. Bütün günü şəkillərini paylaşdıqları, oturub zəhər zıqqımlandıqları dostu ateist Vüsal Məmmədov da ona lağ edir. İndi nifrəti kim özünə qazanıb?

Üçüncü, deyir ki, Allah Quranda "dində məcburiyyət yoxdur" deyib. Quran tərcümə etdiyini iddia edən, əslindəsə Quranı üzündən oxuya bilməyən, ərəb dilində elmi sıfır olan bu bədbəxt anlamayıb ki, o ayə hansısa kafiri, xristianı müsəlman etməkdən danışır. Bir də ki, heç kim ona qızını məcbur elə demir. Sadəcə sən İmam Hüseyn (ə) Aşurasıyla apardığın müharibənin on faizi qədər ailənə dindən danışsaydın, hər şey yaxşı olardı. Məgər sən bütün günü şiəliyin əleyhinə danışıb, "dində halva, qırx məclisi, yasin oxumaq yoxdur" dediyin məqamlarda məcbur edirdin ki? Sən də ancaq təbliğ edirdin, indi də sənə təbliğ edirlər. Davam edib deyir: "uşaqların uşaqlığını əlindən alaraq..." Deməli, zavallı insan hicab bağlamağı, uşağı hicaba əmr etməyi uşaqlığını əlindən almaq kimi xarakterizə edir. Halbuki onun ABŞ-a göndərdiyi qız ora universitet üçün gedir. Azından 18 yaşı vardır.

Ardı var


540 dəfə baxılıb
در حال ارسال اطلاعات...