Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Noyabr 2018

Bu gün əziz İslam Peyğəmbərinin (s) vəfat günüdür

İmam Əli (ə) Həzrət Peyğəmbərin (s) rehləti barədə

Hicrətin 10-cu ilində Həzrət Peyğəmbər (s) həcc ziyarətinə yola düşür. Müsəlmanlar Həzrətin (s) bu niyyətindən xəbərdar olub, hər tərəfdən onun yanına tələsdilər. Sayları kifayət qədər olandan sonra Həzrət (s) hərəkət etməyə başladı. Bu həmin il idi ki, Peyğəmbər (s) müsəlmanlara İslami həccin yerinə yetirilmə qaydasını öyrətmişdi. Çünki o biri illərdə müşriklər onlara həcc mərasimini yerinə yetirməyə mane olmuşdular. Peyğəmbər (s) həcc mərasimini sona çatdırandan sonra müsəlmanlara xütbə oxuyur. Sonra da Mədinəyə qayıtmaq istədiyini elan edir. Bu müqəddəs səfərdə Həzrətin (s) çox sayda tərəfdaşı və səhabələri onunla bir yerdə idilər. Hər an müqəddəs simasındakı nigarançılığı görə bilirdilər. Sanki Həzrət hansısa sirri aşkar etmək istəyirdi ki, ondan qorxurdu. Onu bəyan etmək üçün yaxşı fürsət axtarırdı. Bu həcc - əziz Peyğəmbərin (s) yerinə yetirdiyi son həcc idi. Ona görə də onu “vida həcci” adlandırırlar. (Avini)

Aydın idi ki, Peyğəmbər (s) elə bir mövzu haqqında danışmaq istəyirdi ki, müsəlmanların siyasi və dini məsələləri baxımından həlledici təsirə malik idi. Bu dövrdə ən mühüm məsələ - ümmətin idarəedilməsi mövzusu idi. Həzrət Peyğəmbərin (s) vəfat etməsi ilə hələ ürəklərdə dərin kök salmamış İslam dini aradan gedə bilərdi. Münaqişələr başlaya bilər və din də bu münaqişələrə görə qurban olardı. Allah Təala Həzrət Rəsuli-Əkrəmə (ə) vəhy etmişdi ki, ondan sonra canişin İmam Əli ibn Əbutalib (ə) olacaqdır. O, Allaha və Rəsuluna (s) iman gətirən ilk insan idi. Allah yolunda çox çətinliklər çəkmişdi. Əxlaq və elm baxımından başqalarından üstün idi. Həzrət Peyğəmbər (s) dəfələrlə bu mövzunu müsəlmanlara xatırlatmışdı. Həzrət (s) ümmətin gələcəyinə görə çox nigaran idi. Çünki yaxşı bilirdi ki, hakimiyyət həvəsində olanların sayı az deyildir. Ancaq bu hədəfə görə onun yanında qərar tuturlar.

Həzrət Peyğəmbər (s) Əsfan adlı yerə çatan zaman ona mübarək ayə nazil olur: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” 67).

Bu ayənin nazil olması ilə Peyğəmbər (s) İmam Əli (ə) rəhbərlik missiyasına görə əminlik əldə edir və müsəlmanlara əmr edir ki, bir yerə toplaşsınlar. Müsəlmanlar bir yerə toplaşan zaman onlara dəyərli bir xütbə oxuyur və Əli ibni Əbutalibin (ə) canişin olduğunu elan edir. Sonra müsəlmanlara əmr edir ki, İmam Əliyə (ə) beyət etsinlər. Bütün müsəlmanlar o Həzrət Əliyə (ə) beyət edirlər. Beyət sona çatan zaman isə bu ayə nazil olur: “Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim”. (“Maidə” 3).

Qədir-Xum hadisəsindən sonra Həzrət Peyğəmbər (s) Mədinəyə qayıdır. Həzrət Peyğəmbər (s) böyük bir ordu təşkil edir ki, onun tərkibində çox sayda mühacir və ənsarlar vardır. Bu ordunun rəhbəri isə 20 yaşına çatmamış cavan Üsamə ibn Zeyid idi. Peyğəmbər (s) qısa zamanda bu ordunu təşkil edib, Mədinədən tez bir zamanda göndərmək istəyirdi. Çünki ölümünün yaxınlaşdığını hiss edirdi. İslam ümməti üçün təhlükə törədə biləcək insanları Mədinədən uzaqlaşdırmaq istəyirdi. Lakin bütün bu cəhdlərinə baxmayaraq, bəzi münafiqlər ordunun hərəkət etməsinə mane oldular. Lakin, Həzrət Üsaməyə yenə də hərəkət etməsi üçün əmr verirdi. Bu ordu Mədinənin bir neçə kilometrində çadır qurur. Elə bu zaman Həzrətin (s) halı pisləşir və ordunun bəzi üzvləri icazəsiz Mədinəyə qayıdırlar. Həzrət Peyğəmbər (s) geri qayıdan bu insanları lənətləyir.

İslam Peyğəmbəri (s) 11-ci hicri ilinin Səfər ayının 28-də Mədinədə vəfat edir. O, mübarək başını İmam Əlinin (ə) sinəsinə qoyduğu halda, İlahi rəhmətə qovuşur. İmam Əli (ə) bu hadqa buyurur: “Allahın Rəsulunun (s) ruhu o halda qəbz oldu ki, başını mənim sinəmə qoymuşdu. Canı əllərimin arasında alındı. Mən əlimi onun üzünə çəkdim. Və mən Həzrətə qüsl verdim. Mələklər mənə kömək edirdi. Mən onu torpaqda dəfn edənə qədər onların necə yavaş namaz qıldıqlarını eşidirdim”.

Bəli, İmam Əli (ə) Həzrət Peyğəmbərə (s) qüsl verib kəfənləyir və belə buyurur: “Ey Allahın Rəsulu! Atam-anam sənə fəda olsun! Həqiqətən, sənin ölümünlə o nemətdən məhrum olduq ki, başqalarının ölümü ilə ondan məhrum olmamışıq. Bu nemət nübuvvət və səma xəbəri idi”.

İmam Əli (ə) Həzrətə qüsl verib onu kəfənlədi və yaşadığı evdə onu dəfn etdi.

İslam Peyğəmbərinin (s) vəfatı müsəlmanlar üçün böyük müsibət idi. Və bu müsibət bu gün də davam edir.../deyerler/
95 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.11.18, 15:03
Bakıda silahlı insident
Go to TOP