Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Avqust 2019

Ayətullah Amili: Azərbaycanda yeni nəsil hüseynçidir

Həzrət Ayətullah Seyid Həsən Amili Ərdəbilin cümə namazı xütbələrində deyib: “Azərbaycan Respublikasında yeni nəsil hüseynçidir və bu, gözəl gələcəyi müjdə verir.”

Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi Ayətullah Seyid Həsən Amili bu həftənin cümə namazı xütbələrində tanınmış ərdəbilli məddah Məhəmmədbaqir Mənsurinin vəfatına işarə edərək deyib: “Ötən həftə həzrət Əba Abdullah Hüseyn (ə) böyük qüdrət nümayiş etdirdi. İmam Hüseyn (ə) qapısının bir xidmətçisi dünyadan getdi. Onun cənazə namazında, dəfn mərasimində və xətm məclisində cəmiyyətin izdihamlı iştirakı doğrudan da heyrətləndirici idi. Bu izdiham göstərdi ki, bizim xalqımız hüseynçi bir xalqdır və İmam Hüseynə (ə) sevgi onların bütün vücudunu bürüyüb. Məhərrəm, Tasua, Aşura və Ərbəinin izdihamlı toplantısı bu ölkədə dini və hüseynçi kimliyi göstərir.”

Ərdəbilin imam cüməsi əlavə edib: “Dəfn mərasimində Azərbaycan Respublikasından da əziz qonaqlar iştirak edirdi. Onların bu iştirakı çox məna daşıyırdı. İştirak edə bilməyənlər də “Votsap” vasitəsilə başsağlığı verirdilər.”

Azərbaycan Respublikasından bir nəfər mənə zəng edib dedi ki, axşam yatmamışam və dayanmadan ağlamışam. Sonra dedi: Oğul var evdən gedər, oğul var eldən gedər. Mənsuri eldən gedən oğullardan idi.”

Həzrət Ayətullah Amili daha sonra deyib: “Azərbaycan Respublikasından mənə dəfələrlə mərhum Məhəmmədbaqir Mənsuriyə görə geniş şəkildə əzadarlıq məclisi təşkil etdiklərini, onun üçün vəhşət namazı qıldıqlarını, cümə namazlarında onu yad etdiklərini bildirdilər, bəziləri yeddi, bəziləri də qırx mərasimində iştirak etmək istədiklərini deyirdilər. Hətta Məşhəd ziyarətinə gəlmiş Rusiyada yaşayan azərbaycanlılar qayıdanda öz yollarını Ərdəbildən salaraq onun məzarını ziyarət etdilər.”

Həzrət Ayətullah Amili vurğulayıb: “Biz bu böyük himmətdən bir incə həqiqəti kəşf edirik və o da budur ki, Azərbaycan Respublikası İmam Hüseyn (ə) ölkəsidir və Azərbaycanda yeni nəsil hüseynçidir. Bu, gözəl gələcəyi müjdə verir. Digər kimliklər ardınca olanlar bu məsələyə diqqət edərək, su üzərinə yazdıqlarını və dəlik suqabına üfürdüklərini bilsinlər./qafqaz.ir/az/
129 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.08.19, 12:22
Şoyqu ABŞ-ı təhdid etdi
Go to TOP