Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2020

Almaniyada COVID-19 diaqnozu qoyulan 8 174 insan ölüb –Robert Kox İnstitutu

Son bir gün ərzində Almaniyada koronavirusdan 27 nəfər ölüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox İnstitutu bildirib.

Qeyd edilir ki, son sutkada daha 460 koronavirusa yoluxma halı aşkarlanıb.

Epidemiyanın başlanğıcından ölkədə koronavirusa 177 212 yoluxma aşkarlanıb. İnstitutun məlumatına görə, COVID-19 diaqnozu qoyulan 8 174 insan ölüb, 159 min xəstə sağalıb.

Ən çox yoluxma sayı Bavariyada qeydə alınıb. Burada 46 024 nəfər COVID-19-a yoluxub. Şimali Reyn-Vestfaliyada 37 010 təhlükəli virusun daşıyıcısı kimi qeydə alınıb. Baden-Vürtemberq 34 174, Berlində 6 585 yoluxma aşkarlanıb.
118 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
04.06.20, 08:58
4 iyunda gözlənilən hava
01.06.20, 08:34
İyunda hava necə olacaq?
Go to TOP